Accessibility links

Misirdə 43 QHT işçisi maliyyə məsələsilə əlaqədar məhkəməyə çıxarılır


Misirdə 43 QHT işçisi maliyyə məsələsilə əlaqədar məhkəməyə çıxarılır
Misirdə 43 QHT işçisi maliyyə məsələsilə əlaqədar məhkəməyə çıxarılır

Misir təhqiqatçıları 19 ABŞ vətəndaşı da daxil olmaqla, 43 nəfərin işini məhkəməyə ötürüb. Onlar demokratiya tərəfdarı qrupların Qahirənin bildirdiyi kimi xarici fondlardan qeyri-qanuni maliyyələ almaqla əlaqədar olaraq məhkəməyə verilib.

İşi aparan hakimlər bazar günü açıqladığı bəyanatda bildirib ki, irəli sürülmüş ittihamlardan biri təşkilatların lisenzasiyasız fəaliyyətilə əlaqədardır.

İşləri məhkəməyə verilən şəxslər arasında beş Serbiya, iki Almaniya, üç ərəb ölkəsinin vətəndaşı və sayı açıqlanmayan misirli olduğu deyilir. 19 amerikalıdan biri ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Misir ofisinin başçısı və ABŞ-ın Nəqliyyat nazirinin oğlu Sam LaHuddur.

43 nəfərin hamısına ölkəni tərk etmək qadağan edilib. Məhkəmənin tarixi isə hələ açıqlanmayıb.

Obama administrasiyası Misiri qeyri-hökumət təşkilatlarının təqibinə görə kəskin tənqid edib. Bu təşkilatlardan üçünün qərargahı Vaşinqtonda yerləşir. İşlə əlaqədar çox sayda amerikalı ABŞ-ın Qahirədəki səfirliyində sığınacaq tapıb.

Şənbə günü ABŞ Dövlət katibi Hillari Klinton Misirli həmkarına Qahirənin mübahisə nəticəsində hər il ayırlan 1,3 milyard dollar məbləğində yardımı itirə biləcəyinə dair xəbərdarlıq edib. Lakin Misirin Xarici İşlər naziri Məhəmməd Amr buna hökumətin ədliyyə orqanlarının işinə müdaxilə etmədiyi kimi cavab verib.

XS
SM
MD
LG