Accessibility links

Süveyş kanalı ilə neftin nəqli normal davam edir

  • Amerikanın səsi

Süveyş kanalı ilə neftin nəqli normal davam edir

Süveyş kanalı ilə neftin nəqli normal davam edir

Misir rəsmiləri bildirirlər ki, ölkədə bir neçə gündür davam edən hökumət əleyhinə nümayişlərə baxmayaraq, Süveyş kanalı ilə neftin daşınmasında problem yoxdur. Şərq və qərb arasında neftin nəqlində əsas keçid olan Süveyş kanalı tankerlərin Cənubi Afrika ətrafında dövr etməsinin qarşısını alaraq, 10 000 kilometr məsafəyə qənaət etməyə imkan verir. Kanal vasitəsilə gündə iki milyon barreldən çox neft daşınır. Onunla yanaşı çəkilmiş neft kəməri vasitəsilə isə qlobal miqyasda hasil edilən neftin iki faizi nəql edilir. Dünya bazarların neft qiymətlərinin artması müşahidə olunur. Misir hadisələrinin neft ixrac edən Körfəz ölkələrinə keçə bilməsilə əlaqədar mövcud narahatlıqlar neftin qiymətinin artmasının faktorları arasında göstərilir.

XS
SM
MD
LG