Accessibility links

Misirdən İordaniyaya qaz nəql edən kəmər parlayış nəticəsində sıradan çıxıb

  • Amerikanın səsi

Misirdən İordaniyaya qaz nəql edən kəmər parlayış nəticəsində sıradan çıxıb

Misirdən İordaniyaya qaz nəql edən kəmər parlayış nəticəsində sıradan çıxıb

Misir rəsmiləri İordaniya və İsrailə qazı nəql edən kəmər şənbə günü baş vermiş partlayış nəticəsində sıradan çıxıb. Sinay yarımadasında yerləşən qaz terminalında partlayışın səbəb olduğu yanğına görə rəsmilər kəmər vasitəsilə nəql edilən qazı axınını dayandırmalı olublar. Assoşieyted Press agentliyi Misrin təbii qaz şirkətinin rəhbəri Maqdi Tofikə istinadən qaz axınının yanğına səbəb olduğu haqda məlumat verib. Lakin agentlik bildirir ki, yüksək səviyyəli yerli rəsminin sözlərinə görə, partlayıcı maddə terminalın özündə işə düşüb və regionun qubernatoru Əbdül Vahab bunun sabotaj olduğunu hesab edir. İordaniya elektrik enerjisinin 80 faizini Misirdən gələn qaz hesabına əldə edir.

XS
SM
MD
LG