Accessibility links

Misir prezidenti kabinetdə dəyişikliklər edir


Misir prezidenti kabinetdə dəyişikliklər edir
Misir prezidenti kabinetdə dəyişikliklər edir

Misir prezidenti Hüsnü Mübarək daxili işlər və maliyyə nazirliklərinə yeni rəhbərlər təyin edib. Misir mətbuatının verdiyi məlumata görə, həbsxanaların keçmiş direktoru general Mahmud Vaqdi daxili işlər naziri vəzifəsində Həbib Ədlini əvəz edəcək. Kabinetdə dəyişikliklər paytaxt Qahirədə prezident Mübarəkin 30 illik hakimiyyətinə son qoymaq məqsədilə bir milyon insanın iştirakı ilə etiraz nümayişlərinin keçirilməsi planlaşdırıldığı bir vaxt edilir. Bununla yanaşı, ümummilli tətilə də çağırışlar edilir. Nümayişçilərlə zorakı iğtişaşlardan sonra küçələrdən çəkilmiş polis qüvvələri yenidən küçələrə nəzarətə başlayıb.

XS
SM
MD
LG