Accessibility links

Qahirədə yüz minlərlə insan Təhrir meydanına toplaşıb

  • Amerikanın səsi

Qahirədə yüz minlərlə insan Təhrir meydanına toplaşıb

Qahirədə yüz minlərlə insan Təhrir meydanına toplaşıb

Müxalifət nümayəndəsi Məhəmməd ƏlBaradey deyir ki, prezident Mübarək hakimiyyətdən getməlidir

Misirdə yüz minlərlə insan paytaxt Qahirənin küçələrinə çıxaraq, prezident Hüsnü Mübarəkin hakimiyyətdən getməsi tələbilə milyonların yürüşünə çağıran etirazçıya qoşulub.

Dinc nümayişə çıxan insanlar əllərində prezident Mübarəkin istefasını tələb edən plakatlar daşıyıb. Havada uçan vertolyotlar görən nümayişçilər istefa tələbilə şüarlar bağırıb. Küçələrdə svetoforlarda prezident Mübarəkin müqəvvaları asılıb.

Qahirənin hər yerində hərbi qüvvələr yerləşdirilsə də, ordu kütlələrin nümayişinə müdaxilə etmir. Ordu bundan əvvəl Misir xalqının legitim tələblərini tanıdığını bildirib və nümayişçilərə atəş açmamağa söz verib.

Müxalifət lideri Məhəmməd ƏlBaradey Əl Ərəbiyyə televiziyasında deyib ki, cənab Mübarək hakimiyyətdən getməlidir.

“Misir xalqının birinci tələbi odur ki, yeni mərhələyə qədəm qoymaq, təhlükəsizlik, azadlıq və demokratiya prinsipləri üzərində yeni Misrin qurulması üçün prezident Mübarək getməlidir.”

Misirdə böyük nüfuza malik Müsəlman Qardaşları təşkilatı və dünyəvi müxalifət cənab Mübarək hakimiyyətdən getdiyi halda, ordu ilə danışıqlar aparmaq üçün ƏlBaradeyi özlərinə təmsilçi seçib.

Misrin yeni təyin olunmuş vitse-prezidenti Ömər Süleyman deyib ki, cənab Mübarək ondan dərhal müzakirələrə başlamasını istəyib.

“Prezident mənə bütün müxalifət qrupları ilə dərhal danışıqlara başlamaq, konstitusiya və qanunvericilikdə islahatlar aparmaq məqsədilə təklif olunan dəyişikliklərlə bağlı nəticələr əldə etmək və onların yerinə yetirilməsinin vaxtını müəyyənləşdirmək üçün qaldırılan bütün məsələlərlə bağlı dialoqa başlamağı tapşırıb.”

Ömər Süleyman hökumətin hansı qrupları ilə əlaqə saxlayacağı haqda bir söz deməyib.

XS
SM
MD
LG