Accessibility links

Təhrir meydanında nümayişlərin 12-cü günüdür

  • Amerikanın səsi

Təhrir meydanında nümayişlərin 12-cü günüdür

Təhrir meydanında nümayişlərin 12-cü günüdür

Misir prezidenti Hüsnü Mübarək ölkədə siyasi böhranın iqtisadi təsirlərini müzakirə etmək üçün bu gün iqtisadi məsələlər üzrə müşavirləri ilə görüşür. Misrin dövlətə məxsusu mətbuatının verdiyi məlumata görə, müzakirələrdə baş nazir, neft və maliyyə nazirləri, habelə mərkəzi bankın direktoru iştirak edir. Ticarət naziri Samiha Fauzi İbrahimin sözlərinə görə, iğtişaşlar başlayandan ixracatın həcmi 6 fazi azalıb. Bəzi hesablamalara görə, iğtişaşlar ölkəyə gündə 310 miyon dollara başa gəlir. Paytaxt Qahirənin Təhrir meydanında isə minlərlə insan hökumət əleyhinə nümayişləri davam etdirir. Əsgərlər nümayişçiləri barrikadaları yığışdırmağa dilə tutmağa çalışır. Bəzi nümayişçilər cənab Mübarək hakimiyyətdən getməyənə qədər nümayişləri davam etdirməyə söz veriblər. İsgəndəriyyə şəhərində də müxalifətin nümayişləri davam edir.

XS
SM
MD
LG