Accessibility links

Hüsnü Mübarəkin gözlənildiyi kimi istefa verməməsi əhalini qəzəbləndirib


Hüsnü Mübarəkin gözlənildiyi kimi istefa verməməsi əhalini qəzəbləndirib
Hüsnü Mübarəkin gözlənildiyi kimi istefa verməməsi əhalini qəzəbləndirib

Prezident hakimiyyətin sülh yolu ilə dəyişəcəyini bir daha bildirib, bəzi səlahiyyətlərini vitse-prezidentə versə də ölkəyə nəzarətlə əlaqədar səlahiyyətləri öz əlində saxlayacağını deyib.

Misir prezidenti Hüsnü Mübarək bu gun axşam etdiyi çıxışında sentyabr ayında keçiriləcək prezident seçkilərində yeni prezident seçilməyənədək hakimiyyətdən getməyəcəyini bildirib. O, ölkənin gündəlik idarəsi ilə əlaqədar bəzi səlahiyyətləri vitse-prezidentə təhvil verəcəyini də əlavə edib. Bir Misr rəsmiləri isə onun parlamenti ləğv etmək, hökuməti buraxmaq və əsasqanunda dəyişiklik etmək səlahiyyətlərini öz əlində saxladığını bildiriblər.

Prezident Mübarək özündən "oğul və qızlar"ına müraciət edən bir ata kimi danışıb, xariciləri Misrin işlərinə müdaxilə çalışmaqda töhmətləndirib.

Prezident hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bir daha bildirib. Cənab Mübarək yüz minlərlə hökumət-əleyhinə nümayişçilərin tələbini rədd edib. Prezident Mübarəkdən bir neçə dəqiqə sonra çıxış edən vitse-prezident Ömər Süleyman isə Təhrir məydanındakı nümayişçiləri "qəhraman" adlandırıb, ancaq onları evlərinə və işlərinə qayıtmağa çağırıb.

Mübarəkin çıxışı, onun istefasını elan edəcəyini gözləyən kütlələri çox qəzəbləndirib. Müxalif liderlərdən biri kimi adı sadalanan Məhəmməd ƏlBaradei Prezidentin çıxışından sonra xəbərdarlıq edərək ölkədə "partlayış" olacağı barədə xəbərdarlıq edib və ordunun Misri bu vəziyyətdən xilas etməsinə ehtiyac olduğunu bildirib.

XS
SM
MD
LG