Accessibility links

Misrin vitse-prezidenti Müsəlman Qardaşları ilə presedenti olmayan danışıqlar aparıb (Yenilənib)


Misrin vitse-prezidenti Müsəlman Qardaşları ilə presedenti olmayan danışıqlar aparıb (Yenilənib)
Misrin vitse-prezidenti Müsəlman Qardaşları ilə presedenti olmayan danışıqlar aparıb (Yenilənib)

Misrin vitse-prezidenti Ömər Süleyman fəaliyyəti qadağan edilmiş Müsəlman Qardaşları da daxil olmaqla, ölkənin müxtəlif müxalifət qrupları ilə presedenti olmayan danışıqlara başlayıb. Ömər Süleyman danışıqlar zamanı güzəştlərlə bağlı təkliflər irəli sürüb. Lakin müxalifət nümayəndələri təkliflərin kifayət olmadığını və buun ilk addım olduğunu bildirirlər. Müsəlman Qardaşları təşkilatının rəhbərlərindən biri olan Məhəmməd Musri isə Associated Press agenliyinə bildirib ki, islamçı qrup prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyulması tələbinə sadiq qalır. Bu, Misir hökuməti ilə Müsəlman Qardaşları arasında uzun illərdən bəri ilk danışıqlardır. Fəaliyyəti qadağan olmuş təşkilatın üzvləri ölkə parlamentində müstəqil namizədlər kimi təmsil olunur. Qrup ölkədə yoxsullara sosial xidmətlərin göstərilməsi ilə məşğul olur.

XS
SM
MD
LG