Accessibility links

Misirin yeni təyin edilmiş baş naziri Nazim Əl-Biblavi bu gün yeni kabinetini formalaşdırmağa başlayıb. Dövlət mediasının bildirdiyinə görə, baş nazirin yeni planlarına Müsəlman Qardaşları və Nur partiyalarına təkilflər irəli sürəcəyi də daxildir.

Misirin dövlət televiziyası ölkədəki siyasi keçid dövründə konstitusiyada dəyişiklik, parlament və prezident seçkilərinin keçiriləməsini planlaşdıran prezident Adli Mənsur və yeni baş nazirin yığıncaqlarını nümayiş etdirir.

Müsəlman Qardaşları dövlət başçılarının keçid planını təhqid edən qruplar arasındadır.

Bu arada isə bu gün Qahirədə nümayişçilər ilk Ramazan duasını etmiş və iftarını açmışdır. Mursi tərəfdarlarından biri Ramazanın zorakılıqlara son qoyacağına ümid etdiyini bildirib.
XS
SM
MD
LG