Accessibility links

Misirlilər İraq və Suriyadakı vəziyyətdən narahatdır [Video]


Bir il əvvəl prezident Məhəmməd Mursinin devrilməsindən sonra misirlilər Ramazanı daha sakit şəraitdə yaşayır. Lakin həm yerli, həm də regional siyasətçilər hələ də çoxlarının fikrini qarışdırmaqda davam edir.

Paytaxt Qahirənin Səyyidə Zeynəb məhəlləsində Ramazan ayı qeyd edilir. İstər bayram fənərləri, istərsə də iftar yeməyi üçün çərəz alan misirlilər müqəddəs bayramı qeyd edir. Səyyidə Zeynəb məhəlləsinin sakini Fatimə: “Bu bayram bizə həm oruc tutmağa, həm də ibadət etməyə imkan verir. Əlbəttə ki, Allaha daha yaxın oluruq.”

İnsanlar iftar yeməyinə hazırlıq görsələr də, müsəlman qardaşlarının çəkdiyi əzablar çoxlarının fikrindən çıxmır. Alış-verişlə məşğul olan Məhəmməd Mərvin deyir ki, İraq və Suriyada sünni yaraqlıların törətdikləri və xarici qüvvələrin müdaxiləsi onu narahat edir. “Allah İraqı amerikalılardan və İŞİD-dən qorusun! Allah onlara kömək olsun! Sözün düzü İraq və Suriyadakı qardaşlarımız üçün bizim ürəyimiz ağrıyır.”

Keçən il bu vaxtlar prezidentin devrilməsini və fərqli düşünənlərə qarşı təzyiqləri görən misirlilər bu Ramazan ayındakı sakitliyə görə Allaha şükür edir. Um Valid adlı qadın keçən illə müqayisədə böyük fərq olduğunu deyir. “Keçən il dağılan ölkədə idik, iftarımızı açarkən yediyimizin dadını belə birlmirdik” - deyə, o bildirir.

Axşam düşəndə narahatlıqlar azalır. Bəzi küçələrdə şənliklər olur. Məhəllə sakinləri iftar yeməyinə birlikdə toplaşmaq üçün əllərindən gələni edir. Onlar son bir neçə ildə baş verən çaxnaşmalardan sonra rahat yaşayacaqlarına ümid edirlər.

Səyyidə Zeynəb məhəlləsinin sakini Saleh Hamid: “Hazırkı vəziyyət keçən 3-4 ildə baş verənlərdən yaxşıdır. Allah İslam dünyasına kömək olsun. Keçən illər biz vətənimizin təhlükəsizliyi üçün Təhrir Meydanında idik, Lakin Allaha şükür, indi çox nikbinik.”






XS
SM
MD
LG