Accessibility links

Ketrin Aşton Hüsnü Mübarəki müxalifətlə dialoqa çağırır

  • Amerikanın səsi

Ketrin Aşton Hüsnü Mübarəki müxalifətlə dialoqa çağırır

Ketrin Aşton Hüsnü Mübarəki müxalifətlə dialoqa çağırır

Dünya liderləri Misirdə hadisələri yaxından izləyən vaxt Avropa rəsmiləri prezident Hüsnü Mübarəki hökumət əleyhinə nümayişlərdə səsləndirilən şikayətlərə cavab verməyə və müxalifətlə danışıqlar aparmağa çağırır. Bu gün Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən öncə danışan xarici siyasət şöbəsinin rəhbəri Ketlin Aşton deyib ki, cənab Mübarək Misir xalqının qanuni şikayətlərinə cavab verməlidir. O, problemlərin vətəndaş cəmiyyətinin bütün nümayəndələri ilə dialoqa əsaslanan dinc yolla həllinə çağırıb. Aştonun sözçüsü Maya Kosyançiç Amerikanın səsinə deyib ki, Misirdə vəziyyət Brüssel görüşünün diqqət mərkəzindədir.

XS
SM
MD
LG