Accessibility links

Hillari Klinton:ABŞ Müsəlman Qardaşları ilə Mübarək hökuməti arasında danışıqlardan gözləntilərini açıq ifadə edib

  • Amerikanın səsi

Hillary Clinton

Hillary Clinton

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Vaşinqton Misirdə iğtitaşaşlara son qoymaq məqsədilə islamçıların hökumətlə danışıqlar aparmasına "baxıb gözləmək" mövqeyindən yanaşır. Bu gün Münhendən ABŞ-ın milli ictimai radiosuna müsahibə verən Klinton bildirib ki, Müsəlman Qardaşları təşkilatının Misir hökumətilə dialoqa aparmaq qərarı qrupun Vaşinqtonun təşviq etdiyi prosesə başladığı kimi qiymətləndirilə bilər. Klinton deyib ki, Birləşmiş Ştatlar danışıqlardan gözləntilərini aydın ifadə edib. Bu da Misirdə hakimiyyətin uzun müddətdir prezident olan Hüsnü Mübarəkdən dinc keçidini təmin etmək və azad və ədalətli seçkilər keçirməkdən ibarətdir. ABŞ Dövlət katibi bildirib ki, bu, Misir xalqının istəklərini əks etdirir.

XS
SM
MD
LG