Accessibility links

Misirdə islamçılar referendumun birinci raundunda qələbə əldə etdiklərini bildirir


Misirdə referendumda səs vermiş misirlilərin birinci qrupu prezident Məhəmməd Mursinin mübahisəli yeni konstitusiyasına dəstək verib. Referendumda səsvermənin ikinci hissəsi dekabrın 22-də keçiriləcək.

Azadlıq və Ədalət partiyası qeyri-rəsmi rəqəmlərə istinad edərək, şənbə günü keçirilmiş referendumda seçicilərin 56 faizinin yeni konstitusiyaya dəstək verdiyini bildirir.

Prezident Məhəmməd Mursi tərəfindən təqdim edilmiş yeni konstitusiya ölkədə zorakı etirazlara səbəb olub.

Müxalif Milli Xilas Cəbhəsi prezident Mursinin bir zamanlar üzvü olduğu “Müsəlman Qardaşları” partiyasını səsvermə zamanı pozuntulara yol verməkdə ittiham edib.
XS
SM
MD
LG