Accessibility links

Rusiya təyyarəsində həlak olanların kimliyinin müəyyən edilməsinə başlanıb


Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində həlak olanların kimliyinin ailələri tərəfindən müəyyən edilməsi prosesinə başlanıb.

Associated Press agentliyinin bildirdiyinə görə, artıq 10 cəsədin kimliyi müəyyən edilib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Associated Press-ə deyib ki, aşkar edilən 140 cəsəd və 100-dən çox bədən hissəsi bazar ertəsi və çərçənbə axşamı hökumət təyyarələri ilə Sankt-Peterburqa aparılıb.

Rusiyanın Misirin Şərm Əl-Şeyx kurortundan Sank Peterburqa uçan Airbus A-321 təyyarəsi havaya qalxandan təxminən 20 dəqiqədən sonra Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarədəki 224 sərnişin və uçuç heyətinin hamısı həlak olub. Ölənlər arasında 3 nəfər ukraynalının da olduğu bildirilib.

Rusiyanın nəqliyyat rəsmiləri təyyarənin Misirdə qəzaya uğramasının səbəbini xarici amillərlə bağlı ola bildiyini deyib.

Koqalım-Avia tranzit hava yolları şirkətinin direktoru Aleksandr Smirnov bazar ertəsi Moskvada deyib ki, təyyarəni qəzaya uğrada biləcək heç bir texniki pozuntular olmayıb. "Təyyarə yerə düşməyə başlayarkən ekipaj tamamilə nəzarəti itirib və bu səbəbdən qəza haqda yerə heç bir məlumat verə bilməyib" - deyə cənab Smirnov bildirib və qəzaya yalnız xaricdən müdaxilənin səbəb ola biləcəyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG