Accessibility links

Misirdə şiələr öldürülüb


Qahirə yaxınlığında bir qrup insanın dörd şiə müsəlmanı qətlə yetirməsindən sonra Misir hökuməti cinayətdə əli olanların ağır cəza alacaqlarına söz verib. Hökumət ölkədə iqtisadi böhranın davam etdiyi bir vaxt belə hadisələrin böyük qurbanlara səbəb olacaq təriqətlərarası münaqişələrə səbəb olacağından narahatdır.

Lakin şiə azlıqlar və liberal müxalifət liderləri bu hadəsədə hökumətdə çoxluq təşkil edən sünni Müsəlman Qardaşlarını günahlandırır.

Ordunun qarşıdurmalara son qoyması tələbi ilə təzyiqlər altında olan prezident Məhəmməd Morsi hadisəni dəhşətli cinayət adlandıraraq, cinayətdə əli olnaların tez bir zamanda ədalət məhkəməsi qarşısına çıxarılacağını deyib.

Qahirədə sünni Əl-Əzhar dini universiteti qətllərin İslam dininə zidd olduğunu deyib və cinayətkarların ağır cəzalandırılmasına çağırıb.

Reuters-in bildirdiyinə görə, hadizə bazar günü Qahirə yaxınlığındakı Zəviyət Əbu Müsəllimdə baş verib. Məlumatda kütlənin dini mərasim keçirilən bir şiə ailəsinin evinə hücum edərək, evi yandırdığı deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG