Accessibility links

Misir rəsmilərinin bildirdiyinə görə, Sinay yarımadasında maşına yerləşdirilmiş bombanın Hərbi Kəşfiyyat İdarəsində partlaması azı 3 əsgərin ölümünə, 10 nəfərin isə yaralanmasına səbəb olub. Bomba hücumu bu gün, Qəzza Zolağı ilə sərhəddəki Rafah şəhərində həyata keçirilib. Bu hadisədən az sonra isə yaraqlıların keçid məntəqəsini qumbara atəşinə tutduqları bildirilib.

2011-ci il, prezident Hüsnü Mübarəkin devrilməsindən bəri İslamçı yaraqlılar ölkədəki təhlükəsizlik boşluğundan istifadə etməyə başlayıb. İyul ayında prezident Məhəmməd Mursinin devrilməsindən bəri isə İslamçı yaraqlıların polis və hərbiçilərə hücumları artıb.
XS
SM
MD
LG