Accessibility links

Misir prezidenti İslam Dövlətinə qarşı amansız olacağına söz verib


İslam Dövlətinin Sinay yarımadasındakı nəzarət məntəqəsinə hücumu zamanı 64 əsgərin öldürüldüyünü elan etməsindən bir gün sonra Misir həmin regionun nəzarətini ələ keçirdiyini bildirib.

Misirin mediada yayımlanan bəyanatında Misir ordusunun 17 əsgəri, təhlükəsizlik qüvvələrinin isə 100 yaraqlını öldürdüyü deyilir.

İsrailin baş naziri ölən əsgərlərə görə Misirə başsağlığı verib və beynəlxalq ictimaiyyəti İslam Dövlətinə qarşı mübarizədə birliyə çağırıb.

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi yaraqlılar və ekstremistləri məhv edəcəyinə and içib. Bu həftə bomba hücumu nəticəsində həlak olan baş prokuror Hişam Bərəkətin yas mərasimində iştirak edən prezident militantlara qarşı qanunları daha da sərtləşdirəcəyinə söz verib.

2013-cü ildə Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən və Əbdül Fəttah Əl-Sissi hakimiyyətə gəldikdən sonra Müsəlman Qardaşları təşkilatı Sinay yarımdasında təhlükəsizlik qüvvələrinə qarşı hücumları intensivləşdirib.

XS
SM
MD
LG