Accessibility links

Misirin Qahirə və digər şəhərlərində etiraz aksiyaları təşkil edilib


Misirin Qahirə və digər şəhərlərində etiraz aksiyaları təşkil edilib. Prezident Məhəmməd Mursinin tərəfdarları və müxalif Milli Azadlıq Cəbhəsinin üzvləri prezident sarayına doğru yürüş keçirib.

3 böyük sement divarla nümayişçilərin saraya yaxınlaşmasına imkan verilmir.
İslamçılar isə Qahitə məscidləri qarşısında toplaşaraq yeni konstitusiya layhinəsinə dəstək bildirib.

Rəsmilər və şahidlərin dediyinə görə, Misirin paytaxtındakı Təhrir meydanında prezident Məhəmməd Mursiyə müxalif və onu dəstəkləyənlər maskalı silahlı şəxslər tərəfindən atəşə tutulub və nəticəsində 9 nəfər yaralanıb. Bu gün günorta çadırların qurulduğu meydanda sakitliyin hökm sürdüyü və insanların sayının artdığı deyilir.

Müxalifət liderləri cənab Mursinin şənbə gününə təyin etdiyi konstitusiya ilə bağlı referendumu təxirə salmasını tələb edir.

Məhəmməd Əl-Bəradeyi və Əmr Mussanın təməlini qoyduğu liberal Milli Qurtuluş Cəbhəsi tərəfdarlarını çərşənbə axşamı prezidentin Qahirədəki iqamətgahına doğru yürüş keçirməyə çağırıb.

Müxalifət prezidentin təklif etdiyi konstitusiya lahiyəsinin Misir xalqını təmsil etmədiyini deyir. Lakin cənab Mursi geri çəkilməyəcəyini deyib və orduya referendumun keçirilməsinə qarşı çıxanların həbs edilməsinə göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG