Accessibility links

Misirdə turizm böhranı yaşanır [Video]


Misir rəsmiləri tənəzzülə uğramış turizm sənayesinin bu ilin yayı və payızında 70 faiz artıdığını deyirlər. Lakin təhlilçilər ölkədəki qeyri-sabitlik fonunda turistləri ən çox cəlb edən tarixi yerlər və istirahət bölgələrindən gələn gəlirlərin ölkədə iqtisadi durumu dirçəldəcəyinə əmin deyillər.

Sinay yarımadasındakı istirahət şəhərinə gələn turistlər nə sahildə, nə də suyun altında xəbərlərdə region haqda deyilən zoraklıqlara rast gəlmirlər.

Misir rəsmiləri turizm sənayesinin gələn il 2011-ci ildə olduğu kimi, 12 milyarddan çox gətir gətirdiyi vaxta dönəcəyinə ümid edirlər. Misirin turizm naziri Hişam Zaazu: “2015-ci ilin fevral ayında turizm əvvəllki vəziyyətə dönməyə başlayacaq. Bu problemdir, lakin mən buna ümid edirəm.”

Təhlilçilər isə deyirlər ki, bu çətin məsələdir. Belə ki, beynəlxalq tələb Misirdə təhlükəsizlikdir, lakin ölkədə böhran davam edir. Livanda Amerika Universitetinin professor Sami Barudi: “Tusizm çox vacib, lakin dəyişkən sektordur. Məsələn, bir-iki bomba hücumu, və ya bir-iki qətl bu sektorun vəziyyətini tam dəyişə bilər.”

Barudinin dediyinə görə, səfalət içindəki ölkənin sənayesinə investisiya qoyulmalı və malları ixrac edilməlidir. Lakin professor əlavə edir ki, Misirin turizm sənayesində infastruktur və təcrübə var. “Misirdə az qala bütün investisiya və işlər tuizmlə bağlıdır. Hökumət bu sektora mütləq diqqət verməlidir.”

Lakin hökumətin nə dərəcədə turist cəlb etməsindən asılı olmayaraq, iqtisadçılar ölkənin xarici yardıma ehtiyacı olduğunu deyirlər. Livanda “Banq Faraun və Çiha” nın baş iqtisadçısı Mərvan İsgəndər: “Bu Misirə kömək etməyəcək, çünki 2011-2013 arasında baş verənlər ölkənin iqtisadiyyatını darmadağın edib.

Misirdə nümayişlər və qarşıdurmalar hələ də davam edir. Bu isə ölkənin turizm sektoruna böyük zərbədir. Digər tərəfdən İsgəndər deyir ki, son illər Rusiya turistlərinin Misirə axını artıb və yeni bazarlar açılmaqda davam edir. Buradakı təhlükəyə baxmayaraq, Nail kimi bələdçilər işləməyə davam edir.

XS
SM
MD
LG