Accessibility links

Misirdə baş verən qatar qəzası 19 nəfərin ölümünə səbəb olub


Misir paytaxtı yaxınlığında ordu sıralarına yeni qəbul edilənləri daşıyan qatarın dəmir yolu xəttindən çıxması 19 nəfərin ölümünə, 107 nəfərin isə yaralanmasına səbəb olub.

Rəsmilər qatarın iki vaqonunun dəmir yolu xəttindən bu gün səhər tezdən Gizada Badraşin yaşayış məntəqəsində çıxdığını bildirib.

Hadisə yeni təyin edilmiş nəqliyyat nazirinin ölkədə texnika təhlükəsizliyinin aşağı səviyyəsi və zəif idarəçiliyə görə pis vəziyyətdə olan dəmir yolu sisteminin təmir edilməsinə çağırılmasından iki həftə sonra baş verir.

Keçən il noyabr ayında da qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində təxminən 50 insan həlak olmuşdu.
XS
SM
MD
LG