Accessibility links

Misir qadın hüquqları sahəsində ərəb dövlətləri arasında ən acınacaqlı vəziyyətdədir


Thomson Reuters Fondunun hesabatında deyilir ki, Ərəb Baharı və qiyamlardan sonra Misir qadınlara münasibət məsələsində ərəb dövlətləri arasında ən acınacaqlı vəziyyətdədir. Orada qadınlar cinsi təcavüzə məruz qalır, cinsi orqanları kəsilir.
Fondun keçirdiyi rəy sorğuları 22 ərəb ölkəsi arasında Misirdə insan alveri və diskriminasıyanın da yüksək vəziyyətdə olduğunu göstərib.

Təhlilçilərin dediyinə görə, misirli qadınlar Ərəb Baharından yararlanacaqlarını düşündükləri bir vaxt ölkədə baş verən üsyanlar və İslamçı qrupların artması onların vəziyyətini daha da ağırlaşdırıb.


2011-ci il hadisələri və Suriyadakı münaqişədən sonra artıq üçüncü ildir fondun (poll2013.trust.org) keçirdiyi rəy sorğuları Ərəb dünyasında qadınların hüquqları barədə hərtərəfli məlumat verir.


Misirdən sonra ikinci yerdə İraqdır. İraqdan sonra isə Səudiyyə Ərəbistanı, Suriya və Yəməndir. Bu ölkələrin ardınca isə Oman, Küveyt, İordaniya və Qətər gəlir.

Misirdə bu sahədə vəziyyət demək olar ki, bütün kateqoriyalar üzrə pisdir. Ölkədə baş verən inqilab zamanı qadınların rolunun böyük olmasına baxmayaraq, Məhəmməd Mursi prezident seçildikdən sonra İslamçıların nüfuzunun artması qadın hüquqlarına böyük zərbə vurub.

BMT-nin qadınların vəziyyətli ilə bağlı aprel ayında açıqladığı hesabatında deyilir ki, Misirdə 99.3 faiz qadın və qız cinsi zorakılığa məruz qalır.

Human Rights Watch-un hesabatında isə bu ilin iyun ayında Məhəmməd Mursiyə qarşı Təhrir Meydanında keçirilən etirazlar zamanı 91 qadının kütlə qarşısında zorlandığa və ya seksual təzyiqə məruz qaldığı bildirilib.
XS
SM
MD
LG