Accessibility links

Misirdə qadın hüquqları - İnqilabdan sonra [Video]


Misirdə qadınlara qarşı artan zorakılıqlar yerli və beynəlxalq insan haqları qruplarının qınağına tuş gəlib. Son iki ildə istər Misir inqilabı, istərsə də hazırkı president Məhəmməd Mursiyə qarşı etirazlarda qadınlar böyük rol oynayıb.
Bu hadisələr zamanı onlar ön cəbhədə olublar. Lakin son zamanlar Misir qadınlarına basqılar xeyli artıb.

Keçən ay yalnız bir gündə Təhrir meydanında 19 qadının hücuma məruz qalması xəbəri qadınlara qarşı zorakılıqların artıq sistematik hal aldığını göstərir.
Bu videoda qadının bir qrup kişi tərəfindən mühasirəyə alındığı, paltarının cırıldığı, döyüldüyü və bir halda isə ülgücdən də istifadə edildiyi nümayiş etdirilir.
Qadınlar prezidentdən günahlkarların qanun qarşısına çıxarılması tələbi ilə yürüşlər keçirir.
Hər dəfə küçəyə çıxanda ya kimsə məni vurur, ya da kimsə mənim bədənimə toxunur. Onlar nə düşünürlər, bunu nə üçün edirlər?
Seksual təcavüzlər Misirdə geniş yayılmış bir haldır. Bu növ təzyiqlər gündəlik həyatda bir normaya çevrilib.

“Hər dəfə küçəyə çıxanda ya kimsə məni vurur, ya da kimsə mənim bədənimə toxunur. Onlar nə düşünürlər, bunu nə üçün edirlər?” - deyə, tələbə qız bildirir.

Təhrir meydanındakı təşkilatlanmış hücumlar təkcə gender bərabərliyinin pozulması deyil, həm də siyasi mahiyyət daşıyır. İnsan haqları müdafiəçisi Nihad Əbu Əl-Komsan: “Meydanı boşaltmaq üçün təşkilatlanmış qruplar əvvəlcədən hazırlanmış plana əsasən mülki vətəndaşlara hücumlar edir, müxalifətə hədə-qorxu gələn mesajlar göndərirlər.”

Fəallar hökumətpərəst nümayişlərdə belə hücumların qeydə alınmadığını deyirlər. Siyasi təhlilçi Səid Sadiq bu təcrübənin uzun tarixçəsi olduğunu söyləyir.
“Bu elə bir təfəkkürdür ki, hesab edir ki, seksual təcavüzlə qadınları siyasi fəaliyyətdən çəkindirə bilər. Beləlilkə də, istər dəlil, istərsə hücumçünun çəkildiyi video yazını göstər, həbs edilən olmur.”
Bu elə bir təfəkkürdür ki, hesab edir ki, seksual təcavüzlə qadınları siyasi fəaliyyətdən çəkindirə bilər. Beləlilkə də, istər dəlil, istərsə hücumçünun çəkildiyi video yazını göstər, həbs edilən olmur.
Hərçənd ki, cəzasızlıq mədəniyyəti çoxdan mövcuddur, hücumlarda artım prezident Mursi və başqa islamçı liderlərə zorakılıqları rədd etmək istiqamətində təzyiqləri artırıb.

Psixoloq Fərəh Şaş: “İnsanlar cinsi zorakılıqlar da daxil edilməklə, ümumiyyətlə zorakılıqlarla bağlı qanunların parlamentdə müzakirə edilməsini və bütün bunların qarşısının alınmasını tələb edirlər.”

Bu arada isə mövcud təhlükələrə baxmayaraq Misir qadını geri çəkilmir.
XS
SM
MD
LG