Accessibility links

Misirdə on minlərlə islamçı prezident Məhəmməd Mursiyə və milli referendum çıxarılacaq yeni konstitusiya layihəsinə dəstək bildirmək üçün ölkənin hər yerində nümayişlər keçirib.

Misirin hər yerində cənab Mursiyə dəstək nümayişləri “Müsəlman Qardaşları” tərəfindən təşkil edilib. Misir prezidentinin konstitusiya üzrə dekabrın ortalarında milli referendumun keçirilməsi üçün gün təyin edəcəyi gözlənilir. Konstitusiya layihəsi islamçıların üstünlük təşkil etdiyi parlamentdə cümə günü təsdiq edilib.

Bu arada, Qahirənin Təhrir meydanında nümayişçilər doqquzuncu gündür prezident və konstitusiya əleyhinə etiraz aksiyası keçirir.
Məhkəmə hakimləri də prezident Mursinin səlahiyyətlərinin artırılmasına etiraz bildirən milli ədliyyə sisteminin işçilərinin tətilinə qoşulub. Hakimlər cənab Mursinin prezidentə ədliyyə sistemindən üstünlük verilməsini nəzərdə tutan fərmanını dəyişdirməsini tələb edir.

Misir məhkəmələrinin hakimləri parlamentində üstünlük təşkil edən “Müsəlman Qardaşları”nın opponentidir. Prezident Mursi bir zamanlar faliyyəti qadağan olmuş təşkilatın üzvü olub.
XS
SM
MD
LG