Accessibility links

Misirin səsvermə hüququ olan seçicilərinin yarısı bu gün referendumda iştirak edir. Misir prezident Məhəmməd bir neçə həftədir sürən zorakılıqlar və nümayişlərə səbəb olmuş mübahisəli konstitusiya layihəsinə dair referendumda səs verib.

Səsvermə məntəqələrində uzun növbələr yarandığına görə rəsmiləri səsvermə müddətininin daha dörd saat uzadılaraq, axşam saat 11-ə qədər açıq olması haqda qərar verib.

Müxalifət koalisiyası olan Milli Xilas Cəbhəsi yeni konstitusiyanı dəstəkləyən “Müsəlman Qardaşları”nı səsvermə pozuntularında günahlandırıb. Prezident Mursi bu ilin əvvəli prezident seçildikdən sonra üzvü olduğu “Müsəlman Qardaşları” partiyasından çıxıb.

Referendumla bağlı ölkə əhalisinin yarısı dekabrın 22-də səs verəcək. Səsvermənin iki həftə bir-birinin ardınca şənbə günü keçirilməsi qanunla səsverməyə nəzarət etməli olan ədliyyə işçilərinin boykotu ilə əlaqədardır.

Misir rəsmiləri asayişin pozulmaması üçün uzun növbələrin yarandığı səsvermə məntəqələrində120 min əsgər yerləşdirildiyini bildirir.

Liberal və dünyəvi qrupları, habelə xristianları təmsil edən müxaliflər islam qanunlarının gücləndirilməsini nəzərdə tutub, qadın hüquqlarını toxunmadığına görə konstitusiyanın ölkədə vətəndaş hüquqlarını məhdudlaşdıracağından ehtiyat edirlər.
XS
SM
MD
LG