Accessibility links


Misir hökuməti milli valyutanın dollar müqabilində son səkkiz ildə ən aşağı həddə düşməsinin nəticəsi olaraq ölkə iqtisadiyyatının daha da dərin tənəzzülə uğramasının qarşısını almaq məqsədilə yanvar ayında Beynəlxalq Valyuta Fondu ilə danışıqları bərpa edəcəyini elan edib.

Misirin Baş naziri Hişam Kandil deyib ki, Beynəlxalq Valyuta Fondundan istənilən 4,8 milyard dollarlıq bocr ölkənin ehtiyacları qarşısında kiçik bir məbləğdir. Lakin o, eyni zamanda, Beynəlxalq Valyuta Fondunun yardımının investorların ölkə iqtisadiyyatına etibarının bərpası üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Misir hökuməti valyua fondu ilə danışıqları prezident Məhəmməd Mursinin islamçı tərəfdarlarının hazırladığı yeni konstitusiya ilə bağlı nümayişlərə görə bu ayın əvvəli dayandırmışdır.
XS
SM
MD
LG