Accessibility links

Mursi Misirdə böhrana görə Avropa səfərini yarımçıq qoyur


Misir prezidenti Məhəmməd Mursi ölkədə nümayişlərlə müşayiət olan siyasi böhran davam etdiyi vaxt Almaniyaya səfərini yarımçıq qoyaraq vətənə qayıdır. Cənab Mursi Qahirəyə bu gün axşam dönmək üçün Parisdə planlaşdırılan qısa müddətli dayanacağı təxirə salıb.

Misir paytaxtında isə polisə daş atan nümayişçilər və onlara qarşı gözyaşardıcı qazdan istifadə edən polis qüvvələri arasında qarşıdurmada iki insan həyatını itirib.
Nümayişçilər keçmiş prezident Hüsni Mübarəkin devrilməsinin ikinci illdönümü qeyd olunduğu gündən etirazlara başlayıb. Nümayişlər başlayandan 50-dən çox insan həyatını itirib.

Müxalifət fiquru Məhəmməd ƏlBaradeyi böhranın qarşısını almaq üçün milli dialoqa çağırıb.

Bazar günü cənab Mursi danışıqlarda iştirak etməyi təklif edib, lakin aparıcı müxalifət qrupu olan Milli Qurtuluş Cəbhəsi və başqa qruplar hazırkı şərtlər əsasında danışıqların aparılmasından imtina ediblər.

Prezident Port Səid, İsmailiyyə və Süveyş şəhərlərində hökümət əleyhinə nümayişləri yatırmaq üçün bazar ertəsi axşam saatlarında qadağan saatının tətbiq edilməsilə fövqəladə vəziyyət elan edib.
XS
SM
MD
LG