Accessibility links

2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək


Əhali

Əhali

Sentyabrın 7-də prezident İlham Əliyev 2019-cu ildə əhalinin siyahıya alınması barədə fərman imzalayıb.

Sənədə görə, Azərbaycanda əhalinin növbəti siyahıya alınması 2019-cu il oktyabrın 19-da keçiriləcək.

Əhalinin siyahıya alınması ilə əladəqar hazırlıq işi, onun keçirilməsi, nəticələrin hazırlanması, açıqlanması və dərci Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, 2019-cu ildə əhalinin siyahıya alınmasının hazırlanması və keçirilməsi üzrə tədbirlər planını iki ay müddətində təsdiqləsin.

Dövlət Statistika Komitəsinin məlumatna görə, 2016-cı il iyunun 1-i üçün Azərbaycan əhalisinin sayı 9 747 400 nəfər olub.

XS
SM
MD
LG