Accessibility links

Əhliman Abbas Müsavat Partiyası Gənclər Təşkilatının sədri seçilib


Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas

Noyabrın 17-də Əhliman Abbas Müsavat Partiyası Gənclər Təşkilatında yeni sədr seçilib.

Gənclər Təşkilatına sədr seçkilərində 2 namizəd, - Rüfət Hacıbəyli və Əhliman Abbas iştirak edib. Toplantıya 166 gənc qatılıb.Əhliman Abbas 99 səslə yeni sədr seçilib.

Əhliman Abbas 1990-cı il noyabrın 17-də Cəbrayıl rayonunda anadan olub. 2010-cu ildən Müsavat Partiyasına üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magisr dərəcəsi alıb.

Müsavat Partiyası ölkənin aparıcı müxalifət partiyalarındandır. Partiyanın nizamnaməsinə görə, gənclər təşkilatının sədri iki il müddətinə seçilir və iki dəfədən çox namizədliyini irəli sürə bilməz

Bundan öncə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbas idi. O 2007-ci ildən Gənclər Təşkilatına rəhbərlik edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG