Accessibility links

Əhməd Obalı: Avropa Oyunlarını alqışlayırıq, lakin jurnalistlər və hüquq müdafiəçilərinin həbsini qınayırıq


Əhməd Obalı Bakıda Avropa Oyunları haqda danışır
please wait

No media source currently available

0:00 0:05:27 0:00

Bakıda birinci Avropa Oyunlarl İran Azərbaycanında böyük maraqla qarşılanıb. Azərbaycanın beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi güneylilərin böyük sevincinə səbəb olub. Lakin İran mətbuatında Avropa Oyunlarına müxtəlif yanaşma müşahidə edilir. Xüsusilə də açılış zamanı Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin simvolu kimi təqdim edilməsinə mənfi münasibət bildirilib. Çikaqoda Günaz televiziyasinin təsisçisi Əhməd Obalı Amerika Səsinə müsahibədə güneylilərin Avropa Oyunlarına münasibəti və İran mətbuatında səslənmiş fikirləri şərh edib.

Əhməd Obalı deyib ki, azərbaycanlılar Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük uğur hesah edir: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlbəttə ki bizim üçün böyük fəxrdir. Eyni zamanda, oyunlarda idmançılarımızın medallar alması da əlavə bir sevincdir.”

“Arzumuz budur ki, Azərbaycanımızın müstəqil hissəsi özünü Avropa Şurasının üzvü kimi aparsın, demokratik prinsipləri daha da mənimsəsin, getdikcə öz vətəndaşının hüquqlarını müdafiə etsin." Əhməd Obalı

Nizami Gəncəvi irsinin Azərbaycanın mədəniyyətinin simvolu kimi göstərilməsinə mənfi münasibətə toxunan Əhməd Obalı İran mediasının Azərbaycanda Avropa Oyunları haqda xəbərləri demək olar boykot edərək işıqlandırmadığını deyib. Onun sözlərinə görə, dünya ölkələrində müxtəlif idman tədbirləri haqda məlumat verən İran mətbuatı Azərbaycanda Avropa Oyunlarına əhəmiyyət verməyib. Onun sözlərinə görə, bu, İranın Azərbaycanın Avropa ilə yaxınlaşmasından dərin naharatlıq keçirdiyinin göstəricisidir. “Nizami Gəncəvi məsələsinə gəldikdə, onların Nizamini mənimsəməsi yanlışdır, amma onlar Nizamini sevmək istəyirlərsə, sevə bilərlər. Nizami dünyəvi bir şairdir və hər kəs onu sevə bilər”-deyə Əhməd Obalı bildirib.

"Vətənin inkişafı üçün jurnalistlərin, hüquq müdafiəçilərinin azad edilməsi və onların təşviq edilməsi lazımdır."-Əhməd Obalı

Əhməd Obalı güneyli fəalların Azərbaycanda vətəndaş hüquqları müdafiəçiləri və jurnalistlərə dəstəyindən danışıb: “Arzumuz budur ki, Azərbaycanımızın müstəqil hissəsi özünü Avropa Şurasının üzvü kimi aparsın, demokratik prinsipləri daha da mənimsəsin, getdikcə öz vətəndaşının hüquqlarını müdafiə etsin. Vətənin inkişafı üçün jurnalistlərin, hüquq müdafiəçilərinin azad edilməsi və onların təşviq edilməsi lazımdır. Onların həbsdə olması heç bir azərbaycanlını sevindirməməlidir və biz güneyliləri də sevindirmir. İranla müqayisədə Azərbaycanda əqidəsinə görə həbsdə olan insanların sayı azdır, amma o azı da biz qəbul etmirik və istəyrik ki bu da olmasın. Avropa Oyunlarının dövlət tərəfindən Bakıya gətirilməsini dəstəkləyirik və qürur duyruq, arzu edirik ki, belə işlər daha çox olsun. Eyni zamanda, vətəndaşların, xüsusilə də jurnalistlərin və hüquq müdafiəçilərinin həbsdə olmasını qınayırıq. Bu, qəbulolunmazdır və biz onların azadlığını istəyirik.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG