Accessibility links

Əhməd Davudoğlu: Azərbaycana xidmət Türkiyəyə və Türkiyəyə xidmət Azərbaycana xidmət deməkdir


Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Əhməd Davudoğlu
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Əhməd Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycandakı rəsmi səfərdədir. Danışıqların yekunu olaraq Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Davudoğlu birgə mətbuat konfransı keçirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə müstəqil dövlətlər kimi gələcəklərini birgə qurur. “Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir”, dövlət başçısı Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı səfərlərini xatırladıb.

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrindən danışarkən prezident Əliyerv deyib ki, Azərbaycanın Türkiyəyə qoyulacaq sərmayələrin həcmi 20 milyard dollara yaxındır.

O eyni zamanda Türkiyənin Azərbaycandakı investisiyalarından danışıb

Azərbaycan Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı payının artırılması təklifini qəbul edir. “TANAP Türkiyə-Azərbaycan layihəsidir”.

İlham Əliyev birgə enerji layihələrinə diqqətə çəkərkən sabah 20 illiyi qeyd ediləcək “Əsrin müqaviləsi”ni xatırladıb. “Sabah isə "Cənub Qaz Dəhlizi"nin tikintisi başlayır”.

O Türkiyə baş naziri ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə edib. “Əfsuslar ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır”.

Prezident BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlasıb.

“Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur. 20 faiz torpaqlarımız işğal altındadır”.

Dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qaldığını diqqətə çatdırıb. “Əfsuslar ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".

Prezident Türkiyənin həmişə ədalətli mövqe tutduğunu deyib və daim

Azərbaycanın yanında olduğuna görə öz minnətdarlığını bildirib.

Öz növbəsində Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını bəyan edib. “Azərbaycan ırazilərinin son qarışı azad olunana qədər və bundan sonra da Türkiyə Azərbaycana hər cür dəstək verəcək”.

Davudoğlu Türkiyə və Azərbaycan bölgədə sülhün bərpa olunması üçün bundan sonra da çiyin-çiyinə çalışacaq. "Təəssüf ki, hələ də bəzi ölkələr Azərbaycan və Türkiyə arasında olan işbirliyini anlamır”.

O Türkiyə ilə Azərbaycan birgə nailiyyətlərinin daha böyük uğurlar gətirəcəyinə inanır. “Türkiyə və Azərbaycan arasında fərq yoxdur. Azərbaycana xidmət Türkiyəyə xidmət və Türkiyəyə xidmət Azərbaycana xidmət deməkdir”, Davudoğlu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG