Accessibility links

Türkiyənin baş naziri Azərbaycana gəlib


Əhməd Davudoğlu və Əli Əhmədov

Əhməd Davudoğlu və Əli Əhmədov

Türkiyənin baş naziri Əhməd Davudoğlu dekabrın 3-də Azərbaycana rəsmi səfərə gəlib.

Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, baş nazirin müavinləri Mehmet Şimşek, Yalçın Akdoğan, qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mahir Ünal, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binəli Yıldırım müşayiət edir.

Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, ADA Universitetində mühazirə oxuyacaq.

Baş nazir Azərbaycana səfəri ərəfəsində deyib ki, Türkiyə ilə Azərbaycan Avropa və Asiyanı birləşdirir.

Onun firkincə, Azərbaycan və Türkiyə birgə olduqca vacib enerji layihələrini reallaşdırır.

"Belə layihələrdən biri TAP-dır. Energetika sahəsində Türkiyənin Azərbaycanla əlaqələri hər gün inkişaf edir”.

Onun sözlərinə görə, Türkiyə bundan sonra da Azərbaycanla münasibətləri inkişaf etdirəcək.

“Bu Rusiya ilə münasibətlərdə yaranmış böhranla bağlı deyil", Davudoğlu qeyd edib.

Baş nazir bəyan edib ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək.

“Çünki iki qardaş ölkəni ümumi mədəniyyət və ümumi tarix birləşdirir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi bizim üçün vacib məsələlərdən biridir", o bildirib.

Səfər dekabrın 4-dək davam edəcək.

XS
SM
MD
LG