Accessibility links

Çərşənbə günü İranın keçmiş prezidenti Mahmud Əhmədinejad gözlənilmədən may ayında keçiriləcək seçkidə prezidentliyə namizədliyini irəli sürüb. O, bu addımı ali ruhaninin onun seçkiyə qoşulmaması barədə xəbərdarlıqlarına rəğmən edib.

Əhmədinejadın qərarının prezident seçkisini alt-üst edəcəyi gözlənilir. Bir çoxları seçkidə dünya qüdrətləri ilə nüvə razılığı əldə edən mötədil prezident Həsən Ruhaninin qalib gələcəyini gözləyirdi. Ruhani hələ rəsmi olaraq namizədliyini irəli sürməsə də, sentyabr ayında Ali Ruhani Ayatollah Əli Xameneinin Əhmədinejada seçkiyə qoşulmamasını məsləhət görməsi eləcə də mühafizəkarların vahid namizəd ətrafında birləşə bilmələri nəticəsində bir çoxları onun qələbə çalacağından əmin idi.

Mahmud Əhmədinejad

Mahmud Əhmədinejad

Əhmədinejadın təhrikçi stili ABŞ prezidenti Donald Trampa qarşı çıxa biləcək sərt danışan namizəd axtarışında olan sərt xətt tərəfdarlarını cəlb edə bilər. Onun namizdəliyini həmçinin 2009-cu ildə Əhməninejadın yenidən seçilməsindən sonra İranın daxili siyasətində yaranan problemlərin üstünü aça bilər.

Associated Press jurnalistlərinin verdiyi məlumata görə, seçki rəsmilərini çərşənbə günü Əhmədinejadın namizəldyini təəccüb içində qeydiyyatdan keçiriblər.

Daha öncə Əhmədinejad 2005-ci ildən 2013-cü ilədək iki dəfə prezident olub. İran qanununa əsasən, o, dörd il vəzifədən kənarda qalandan sonra yenidən namizədliyini irəli sürə bilər.

O vəzifədən gedəndən sonra onun iki keçmiş vitse-prezidenti korrupsiya ittihamları ilə həbs edilib. Onun administrasiyası zamanı İrana qarşı böyük beynəlxalq iqtisadi sanksiyalar tətbiq olunub, çünki Qərb Tehranın gizli bir şəkildə nüvə silhaları inkişaf etdirdiyindən şübhələnirdi. Lakin İran nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu iddia edir.

2009-cu ildə keçirilən mübahisəli seçkidə Əhmədinejadın qalib gəlməsi ilə ölkəboyu etirazlar baş verdi. Nəticədə minlərlə insan həbs olundu, onlarla nəfər isə öldürüldü.

Sentyabr ayında 2009-cu il iğtişaşlarına istinadən Xamenei adını hallandırmadığı bir şəxsin namizədliyini irəli sürməməsini məsləhət görüb, çünki o, bunun ölkə üçün zərərli olacağını deyib.

Namizədliyinin qeydiyyat keçməsi üçün müraciət edəndən bir qədər sonra mətbuat konfransı zamanı Əhmədinejad ali ruhaninin sözlərinin "sadəcə bir məsləhət" olaraq izah edib.

Həsən Ruhani

Həsən Ruhani

Əhmədinejad deyib ki, onun namizədliyini irəli sürmək qərarı keçmiş vitse-prezident Həmid Bağaiyə yardım etmək məqsədi daşıyır.

Vəzifəsindən ayrılandan sonra yeddi ay müddətinə həbs olunan Bağai, habelə sabiq prezidentin yaxın müttəfiqlərindən biri olan İsfandiyar Rəhim Maşai də çərşənbə günü Əhmədinejadla birlikdə namizədliklərini irəli sürüb.

Qeydiyyatın ilk günündə 120-dən çox insan namizdəliyini irəli sürüb. Onların sırasına altı qadın və yeddi din xadimi daxildir. Qeydiyyat şənbə gününədək davam edəcək.

İranın seçki sisteminə əsasən bütün namizədlər Nəzarət Şurası tərəfindən təsdiq olunmalıdır. Dini qurum yekun namizəd siyahısını aprelin 27-də açıqlayacaq. Şura dissident və qadınların namizədliklərini təsdiq etmir.

İranda bir çoxları mayın 19-da keçiriləcək seçkini 2015-ci ildə əldə olunan nüvə razılığı habelə sanskiyalar səbəbilə çətinıik çəkən iqtisadiyatı dirçəltmək üçün görülən digər tədbirlərlə bağlı referendum olaraq görür. Nüvə razılığına əsasən İran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində uran zənginləşdirmə proqramını məhdudlaşdırmağa söz verib.

Razılıqdan bəri İran Boeing və Airbus kimi təyyarə istehsalçıları ilə multi-milyard dollarlıq müqavilələr imzalayıb. Amma adi iranlılar hələ ki, razılığın faydalarını görməyiblər və bu, artıq bəzi narazılıqlara səbəb olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG