Accessibility links

Mahmud Əhmədinejadın müşaviri həbs edilib


İran prezidentinin mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr
İran prezidentinin mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr

Əli Əkbər Cavanfikr ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlərə baxmayaraq jurnalist azadlıqda idi

İran prezidentinin mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr sentyabrın 26-sı axşam saatlarında həbs edilib.

“Media forum” saytının məlumatına görə, Cavanfikrin həbsə salınması İran prezidentinin BMT Baş Assambleyasının sessiyasında etdiyi çıxışla eyni vaxta düşüb. İranın hökumət saytları bildirir ki, Cavanfikr bundan əvvəl barəsində çıxarılmış 6 aylıq həbsi çəkmək üçün tutulub.

2011-ci il noyabrın 20-də Tehran məhkəməsi Cavanfikri 1 il müddətinə azadlıqdan məhrum edib. Həmin hökm sonradabn 6 aya endirilib. Cavanfikrin eyni zamanda media sahəsindəki fəaliyyətinə 3 il qadağa qoyulub. Tehran məhkəməsinin bu qərarı Cavanfikrin islahatçı “Etimad” qəzetinə verdiyi müsahibəsindən bir gün sonraya təsadüf edib. Cavanfikr həmin qəzetə müsahibəsində Əhmədinejadın hakimiyyət daxilindəki müxaliflərini və onların siyasətini kəskin tənqid etmişdi.

2012-ci ilin yanvar ayının ortalarında Cavanfikr İranın dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu işin detalları məxfi saxlanıb.

Bu hökmlərə baxmayaraq Cavanfikr azadlıqda idi. İran prezidenti onun həbs olunmasına imkan vermirdi.
XS
SM
MD
LG