Accessibility links

Əhmədinejad parlamentdə izahat verməyə dəvət olunur


Əhmədinejad: Bir neçə gün evdə oturmağımın səbəblərini ürəyimdə saxlayacağam

Əhmədinejad: Bir neçə gün evdə oturmağımın səbəblərini ürəyimdə saxlayacağam

Deputatlar prezidentə valyuta bazarında və iqtisadiyyatda yaranmış gərginliyin səbəbi barədə suallar verəcək

İran prezidenti Mahmud Əhmədinejadın parlamentdə sorğu-suala tutulması üçün 93 deputatın imzası toplanıb. “Media forum” saytının məlumatına görə, deputatlar Əhmədinejadın ölkə iqtisadiyyatının durumu ilə bağlı hesabat verməsini istəyirlər. İran konstitusiyasına görə, ölkə prezidentini parlamentə dəvət etməyə 74 deputatın imzası kifayət edir.

Parlamentin deputatı Məhəmməd Bəyatiyan jurnalistlərə deyib ki, Əhmədinejadın sorğu-suala tutulması ilə bağlı layihə oktyabrın 10-da rəyasət heyətinə təqdim olunacaq.

“Deputatlar prezidentə valyuta bazarında yaranmış gərginliyin, eləcə də ölkə iqtisadiyyatının tənəzzülə uğramasının səbəbi haqda suallar verəcək, izahat verməsini tələb edəcək”.

Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 40 faiz düşüb. Bu, İran iqtisadiyyatında böyük ajiotaj yaradıb.
XS
SM
MD
LG