Accessibility links

Ehsan Salmasi: Qərbi Azərbaycanda inter-etnik böhran yaratmaq istəyirlər [Audio-Müsahibə]


Ehsan Salmasi

Ehsan Salmasi

“İranda hakimiyyətin türk dilində təhsil haqqına dair baxışı, habelə iqtisadi, kültürəl və ictimai ayrıseçkiliklər üzündən türklər günü-gündən mərkəzdən uzaqlaşmaqdadırlar. Hakimiyyət türklərin şəhərlərində islahatçı-mühafizəkar (usulgera) şəklində iki qütb yarada bilmir,” deyə Ehsan Salmasi İran İslam Respublikasının İran Azərbaycanında yürütdüyü seçki siyasətinin digər bölgələrdəkindən fərqləndiyini önə çəkir. Qərbi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan Urmiyə Universitetinin tələbəsi İranın 10-cu dövr parlament seçkilərinin birinci mərhələsindən sonra və ikinci mərhələsindən öncəki atmosferi şərh edib.

İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir. 10-cu dövr seçkilərinin birinci mərhələsində məclisə daxil olacaq təqribən 220 millət vəkili, eləcə də ikinci mərhələdə yarışacaq namizədlər müəyyənləşib.

Ehsan Salmasinin dediklərinə görə, İran Azərbaycanının Təbriz, Urmiyə, Salmas, Qoşaçay, Sarab, Marağa, Mərənd, Parsabad və Biləsuvar kimi şəhərlərində seçkilərin ikinci mərhələsi təşkil olunacaq.

İnsani haqlara böhran kimi baxanlar istəyirlər burada türk və kürd arasında böhran yaşatsınlar ki, milli istəklər çox gündəmə gəlməsin, daha çox o böhrana tərəf gedilsin, onlar da Tehran və mərkəzdə rahatca oturub və bütün siyasətlərini irəli sürsünlər.

Urmiyə Universitetinin tələbəsi türklərin yaşadığı şəhərlərdə hansı siyasi cərəyanın qalib gəldiyini müəyyənləşdirməyin çətin olduğunu deyir:

“Bu haqda düzgün statistika və bilgi yoxdur. İki səbəbə görə mən indi bir statistika versəm, yanılmış olaram. Birincisi bu ki, bir sıra namizədlərin hər hansı siyasi keçmişləri yoxdur, islahatçı ya mühafizəkar olduqları ancaq seçki kampaniyaları zamanında bəlli olmuş. İkincisi, türklərin şəhərlərində millətin böyük bir qısmı adayların islahatçı və ya mühafizəkar olmalarına önəm vermir. Dolayısıyla adaylar da bunu yaxşı anlayır və səs almaq üçün bağlı olduqları siyasi cərəyanın sözlərini deyil, daha çox millətin kimliyinə dair bir söyləm səsləndirirlər.”

Onun dediklərinə görə, “namizədlər türk fəalların sözlərinin sadəcə bir bölümünü əks etdirirlər, amma səs almaq üçün bəzi milli istəkləri səsləndirməyə məcburdurlar. Onların bir çoxu əsas istəklərdən türk dilində təhsil haqqı və Urmiyə Gölünü canlandırmaqdan bəhs edir. Bunu prezident və şəhər şurası seçkilərində də açıq-aydın görürük.”

Güneyli fəal habelə Azərbaycan kürdlərindən olan Urmiyə millət vəkili Abid Fəttahinin İraq Kürdistan regionunun Urmiyədə keçirilən seçkilərə müdaxiləsinə dair sözləri ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Urmiyə millət vəkili: İraq Kürdistan regionunun televiziyası seçkilərdə fəal idi. Mənə qarşı mənfi təbliğat apardı.

Urmiyə millət vəkili: İraq Kürdistan regionunun televiziyası seçkilərdə fəal idi. Mənə qarşı mənfi təbliğat apardı.

Abid Fəttahi fevralın 26-da keçirilən seçkilərdə məclisə daxil olmaq ya seçkilərin ikinci mərhələsində iştirak etmək üçün lazımi səsi qazana bilmədi. O, seçkilərdən sonra IranWire adlı internet qəzeti ilə müsahibədə bir neçə digər kürd namizəd və İraq Kürdistan regionu televiziyasının mənfi təbliğatına məruz qaldığını bildirib. Fəttahinin sözlərinə görə, regionun televiziyası seçkilər zamanında geniş fəaliyyət göstərib.

Salmasi həmçinin hakimiyyətin Qərbi Azərbaycan vilayətində türklər və kürdlər arasında böhran yaşatmaq istədiyini bəyan edir:

“İranda hakimiyyətin türk dilində təhsil haqqına dar baxışı, habelə iqtisadi, kültürəl və ictimai ayrı-seçkiliklər üzündən türklər günü-gündən mərkəzdən ara açmaqdadır. Hakimiyyət türklərin şəhərlərində islahatçı-usulgera şəklində iki qütb yarada bilmir... İnsani haqlara böhran kimi baxanlar istəyirlər burada türk və kürd arasında böhran yaşatsınlar ki, milli istəklər çox gündəmə gəlməsin, daha çox o böhrana tərəf gedilsin, onlar da Tehran və mərkəzdə rahatca oturub və bütün siyasətlərini irəli sürsünlər.”

Deyir ki, Qazipur kimi, Ələmi kimi adamlar sizin sözləri məclisdə deyirlər. Halbuki, bu insanlar əsasən millətin içindən üstə getməyiblər, üstdən aşağıya təhmil olublar.

“Mərkəz milli hərəkatı kənara qoymağı bacara bilmir. Buna görə də, milli hərəkatın kəsik qollarla ortada olmasını istəyir ki, ondan istifadə edə bilsin. Bəzən də ortaya liderlər çıxarmaq üçün hərəkatdan istifadə etməyə çalışır. Misal üçün, deyir ki, Qazipur kimi, Ələmi kimi adamlar sizin sözləri məclisdə deyirlər. Halbuki, bu insanlar əsasən millətin içindən üstə getməyiblər, üstdən aşağıya təhmil olublar,” deyə Ehsan Salmasi əlavə edir.

XS
SM
MD
LG