Accessibility links

Ehud Olmert Qüdsün inkişaf layihəsi ilə əlaqədar rüşvətxorluqda ittiham edilir


.
.
İsrail məhkəməsi ölkənin sabiq baş nazir Ehud Olmerti Qüdsün meri vəzifəsini icra etdiyi zaman şəhərin inkişafına dair layihə ilə əlaqədar rüşvətxorluqda ittiham edib.

Tel-Əviv məhkəməsi keçmiş baş nazir haqda hökmü bu gün çıxarıb. Cənab Olmertin həbs edilib-edilməyəcəyi barədə məlumatın daha sonra veriləcəyi bildirilir.

Rüşvət ittihamları Qüdsdə Müqəddəs Torpaq ev layihəsinin inşasına aiddir. Prokurorlar bildirilb ki, cənab Olmert və başqaları layihənin başlanması üçün yüz minlərlə dollar rüşvət alıb.

Ehud Olmert İsrailin ticarət və sənaye naziri vəzifəsində çalışdığı zaman hökumət kontraktlarını keçmiş həmkarlarına istiqamətləndirməkdə təqsirləndirilərək, 2012-ci ildə məhkum edilib. Onun o zaman 18 min dollar cərimə ödəməsi tələb edilib.
XS
SM
MD
LG