Accessibility links

Əjdər Tağızadə: Avropada, dünyada, Amerikada ən yaxşı prezidentlər iki dəfə otururlar [Video-müsahibə]


Əjdər Tağızadə: Avropada, dünyada, Amerikada ən yaxşı prezidentlər iki dəfə otururlar
please wait

No media source currently available

0:00 0:06:18 0:00

"Tağızadə DAK-ın sədri Sabir Rüstəmxanlı ilə görüşüb, qurumla sağollaşıb. İrad və etirazlarını o zaman niyə dilə gətirmirdi?"

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində DAK-ın son qurultayında baş verənlər, qurumda nizamnamə pozuntularından danışıb. Öz növbəsində, DAK Tağızadənin dediklərini qəbul etmir.

Amerikanın Səsi: Siz Dünya Azərbaycanlıları Konqresinin son qurultayından narazısınız. Narazılığınızın əsas səbəbləri nədir?

Axır günə kimi İdarə Heyətinin iclasını keçirməyibsən.

Əjdər Tağızadə: İndi deyirlər ki, İstanbulda DAK-ın 13-cü qurultayı keçirilib. Əslində qurultayın texniki və digər lazımı hazırlıq işləri yerinə yetirilməyib. Həm də qurultay orada başqa bir məsələ üçün toplaşmışdı. Yəni insanları Bakıdan, Azərbaycandan, başqa yerlərdən dəvət edirsən ki, “soyqırım” adına tədbir olacaq. Sonra onun yarısından, o yananı DAK-ın qurultayı kimi təqdim edirsən. Əlbəttə, burada bir məsələ var. Əgər prosedurlar düzgün getməyibsə, buradan, Azərbaycandan 50-60 nəfəri yığıb aparacaqsan, İstanbulda da yenə 40-50 nəfər yığacaqsan, hansı ki, o adamların DAK-da bir gün də, bir saat da fəaliyyəti olmayıb. Orada da listə (vərəq) üzrə deyəcəksən ki, bu, bu, bu, ona da səs verdirəcəksən. Ona da səs verdirəcəksən, kommunist partiyası kimi, sonra da deyirsirsən ki, bu oldu qurultay. Orada seçim olmayıb. Listələr hazır və sonradan apardığın adamlardan da istəyəcəkdin ki, mətbuata çıxsınlar desinlər ki, bəs biz orada olmuşuq. Biz nə deyirik? Mən də deyirəm ki, eyni adamlar orada olub. Aparıbsan, hotel pulunu, yol pulunu da veribsən. Sən apardığına görə də, orada sənin dediyinə səs veriblər. Bu normal bir şeydir. Amma, DAK-da deyirik ki, qurultaydan qabaq üç ilin içində sən hətta bir dəfə İdarə Heyətinin üzvlərini bir yerə yığmayıbsan. Axır günə kimi İdarə Heyətinin iclasını keçirməyibsən. Hətta, İstanbulda belə iclas keçirməyibsən. Konfranslar keçirməyibsən, işin nə idi, fəaliyyətin nə idi? Birdən-birə qurultay və sonra da bəlli olur ki, sən orada qondarma soyqırım adına bəzi razılıqlar əsasında bir tədbir keçirirsən, onu da edirsən dünya azərbaycanlılarının qurultayı. Ona görə də bu qurultay deyil.

Yəni, hətta Ukrayna qurultayı da qurultay deyildi. Orada çeşidli yollarla nizamnamə pozuntuları var idi. Nizamnamə pozuntusu budur. DAK da həmsədrlər iki dəfə ola bilər, indi siz dörd dəfədir orada oturubsunuz. Bu nizamnaməni pozmaq deməkdir.

Amerikanın Səsi: Niyə narazılığınız indi özünü büruzə verdi? İndiyədək bunları görürdünüz, amma narazılıq etmirdiniz?

Xeyr, DAK kimsəni təmiz eləmir.

Əjdər Tağızadə: Biz Almaniyada qurultay keçirəndə, orada 11-ci qurultayda etirazlar oldu. Orada çox çətinliklə bu məsələnin üstünü ört-basdır etdik. Ona ğörə ki, Azərbaycan məsələsinin və DAK-ın kifayət qədər düşmənləri var idi. Ona qarşı olanlar çox güclü idi. Ancaq, biz gözümüzü yumduqca problemlər çətinləşdi. Ukraynadan sonra da mən dedim, heç bir fəaliyyət etməyəcəm, eləmədik də. Amma, dostlarımız da heç bir fəaliyyət etmədilər. Baş aldılar getdilər Kərbəladan baş çıxardılar, Maliki hökumətinin yönətimi altında olan Kərbəladan baş çıxardılar, Tehran rejiminin dəstək verən şiə qanadından baş çıxardılar, oradan bir təmçilçi də gətirdilər DAK-ın içinə. Və yaxud getdilər Xalq Mücahidlərindən, - türkün və Azərbaycanın düşmənidir, - onlarla əlaqə yaratdılar. Yəni bu gün hər kəs Tehran rejiminin opozisionudursa (müxalifəti-red), məgər o vətən sevəndir, türk sevəndir? Tehran rejiminin opozisionu bəzi yerlərdə özündən də çox türkə qarşıdır. Hərçənd ki, Tehran rejiminin özü Azərbaycana, türkə qarşıdır. Ona görə də, siz orada yığacaqsınız hər kəsi, deyəcəksiniz ki, yox mən hər kəslə əlaqə yaradıram. Xeyr, prinsiplər var. Yaxud Azərbaycan Cümhuriyyətindən sən stajlı cinayətkarları yığırsan ətrafına deyirsən ki, hə, nə olsun, bu on il zindan çəkib və ya bu cinayətkardır. Elə, DAK-a gəldi, onda təmiz oldu? Xeyr, DAK kimsəni təmiz eləmir.

Amerikanın Səsi: Siz indi DAK daxilində mübarizənizi davam etdirəcəksiniz, yoxsa kənarda?

Get götür, İranın hamısı sənindir. Xeyr, bizim davamız Azərbaycan davasıdır, bütövlük davasıdır.

Əjdər Tağızadə: DAK təkcə mən deyiləm, DAK-ın üzvləri var. Yəni o qədər DAK-da fəaliyyət göstərən var, indi ya fəaliyyətini dayandırıb, ya bir türlü fəaliyyət edir, ya da DAK adından başqa cür fəaliyyət edir. Orada da deyilmişdi, biz İstanbula gedəcəyik, birlik qurultayı olacaq. Amma, orada bir nəfər də gəlmədi. Mən deyirəm ki, Avropadan o həmsədr deyilən adamla cəmi 3 nəfər adam gəlib. İndi siz deyirsiniz orada 6 nəfər adam var idi. Yaxşı, 110 nəfər sən aparıbsan, 6 nəfər də güneydən olub. Nə oldu güneyin məsələsi? Söhbət buradadır. Burada güneyin məsələsi yığışdırlıbdır. Burada Bütöv Azərbaycan məsələsi yığışdırılıbdır. Burada bir söhbətlər ortaya çıxır. İranın hamısı bizimdir. Get götür, İranın hamısı sənindir. Xeyr, bizim davamız Azərbaycan davasıdır, bütövlük davasıdır. Yəni, hərçəndki biz deyirik, Azərbaycan dövləti, dövlətçiliyin kənarındayıq. O birisi tərəfdən çıxırsan Azərbaycanın Milli Məclisində deyirsən ki, DAK İrana qarşı deyil. Bunun fikri nədir? Sən bilirsən ki, Azərbaycan Cümhuriyyətində bizim əlaqələrimiz, DAK-ın əlaqələrini media ilə, müxalifəti ilə, iqtidar ilə və bütün çeşidli orqanları ilə əlaqələrimizi kəsdin.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Nə qədər də yaxşı adam olsan qayda-qərar başqa cürdür. Avropada, dünyada, Amerikada ən yaxşı prezidentlər iki dəfə otururlar.

Əjdər Tağızadə: Vəziyyətdən çıxış budur, necə sözdə deyirlər ki, DAK-ın bütövlüyü yaransın, fəaliyyət genişlənsin, əsas güc qoyulsun güneyin məsləsinə. Mən səhvimi deyirəm. Mənim səhvim o idi ki, DAK da əvvəldən qərar bu idi ki, DAK-ın sədri həmişə bir güneyli olsun. Mən cümhuriyyəti orada saxlamaq üçün və bir nəfər olsun ki, sinəsində rozelt (nişan-red) olsun. Biz mənəvi imkanlardan bəhrələnək. Mən deməmişdim ki, quzeydən biri gəlsin, oradakı adından-sanından istifadə edib DAK-ı özəlləşdirsin. DAK bəlkə şuravidən, sovetdən qalmış maldır, bunu özəlləşdirirsən. Təşkilatın qayda-qərarı var, Avropa sistemi çərçivəsindədir. Biz Avropada qeydiyyatdayıq. Yoxsa, məsələn, mən çox yaxşı adamam, məşhur adamam, kitab yazmışam, şairəm. Onda mən həmsdər olacam. Bu olmaz. Nə qədər də yaxşı adam olsan qayda-qərar başqa cürdür. Avropada, dünyada, Amerikada ən yaxşı prezidentlər iki dəfə otururlar. İndi biz deyirik ki, bütün DAK da fəaliyyət göstərmiş adamlar, xaricdə olan, özəlliklə Azərbaycanın güneyindən olan insanların, hamısnı dünya azərbaycanlıalrı çağırmaq, - Azərbaycandan və Türkiyədən kənarda, çünki hər iki ölkədə etkiləyəcəklər, - bir qurulytay keçirmək. Bir ümumi qurultay olsun, camaat gəlib sözünü desin və bunun maliyyəsi şəffaf olsun. Əgər bəzi məsələləri indiyədək ört-basdır etmuişiksə, bundan sonra edə bilmərik. Niyə? Demək bizim içimiz özümüzü yandırır, çölümüz dümənimizi.

Öz növbəsində, DAK Mətbuat Xidməti Əjdər Tağızadəyə cavab verib.

Cavabda deyilir:

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti müddətə yenidən qurumun həmsədrləri seçilmişlər. 21 nəfər İdarə Heyətinə, 5 nəfər NTK-ya üzv seçilib.

“Bildiyiniz kimi, Dünya Azərbaycanlıları Konqresi (DAK) bu il aprelin 18-də Türkiyənin İstanbul şəhərində XIII qurultayını keçirib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti müddətə yenidən qurumun həmsədrləri seçilmişlər. 21 nəfər İdarə Heyətinə, 5 nəfər NTK-ya üzv seçilib. Son tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə mandatını təhvil verərək İdarə Heyətinin üzvlüyündən və Daimi Şuradan çıxıb. Artıq təşkilatda fəaliyyət göstərmir.

Seçkilərdə mandata sahib olan 130 nəfər qurultay nümayəndəsi iştirak edirdi. Səsverməyə qatılan insanlar yetkin və müstəqil şəxslərdir, onları seçkilərdə kimsə məcbur edə bilməzdi.

1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək bir neçə dəfə parçalanıb. Bu illər ərzində təşkilata daxil olan və ayrılan çox insanlar olub. Təəssüf ki, bu şəxslərin çoxu qurumdan uzaqlaşandan sonra təşkilat haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıblar.

Əjdər Tağızadə də ötən gün mətbuatda DAK və S.Rüstəmxanlı ilə bağlı birtərəfli və qərəzli açıqlama verib. İrəli sürülən əsassız ittihamların çoxuna elə elektron mediada asanlıqla cavab tapmaq olar. İndiyədək keçirdiyimiz tədbirlər, toplantılarla bağlı xəbərlər internet resurslarında yerləşdirilmişdir.

Ə.Tağızadə iddia edir ki, guya DAK-da cəmi 3 güneyli var. Qalanları isə Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan təsadüfi şəxslərdir. Nəzərinizə çatdırırıq ki, İdarə Heyətinin 21 üzvündən 7-si – Firudin Pərvizniya (həmsədr), Babək Muğanlı (DAK-ın Güney Azərbaycan nümayəndəliyinin başçısı), Nurəddin Qərəvi (“Ana Dili” dərgisinin baş redaktoru), Eldar Qaradağlı (DAK-ın Avropa təmsilçisi), Ağrı Qaradağlı (GAMOH başqanının müavini), Həcər Koç (Avstraliya dərnək başqanı), Babək Tağızadə (dərnək başqanı) güneyli soydaşlarımızdır. DAK-ın dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə güneyli üzvü var. Qeyd edək ki, uzun illər quruma rəhbərlik edən 3 şəxsdən də ikisi (F.Pərvizniya və Ə.Tağızadə) Güney Azərbaycandan olmuşdur.

Güneyli tələbələr və mühacirlər daim qurumla əlaqə saxlayır, problemləri ilə bağlı S.Rüstəmxanlıya müraciət edirlər. Onların təhlükəsizliyini nəzərə alaraq, adlarını açıqlamırıq.

Qurultaydan 20 gün sonra ittihamlar irəli sürülməsi düşünülmüş qərəzdən xəbər verir.

Ə.Tağızadə son qurultayda keçirilən seçkiləri “şou” adlandırır. Əgər belə idisə, nə üçün tədbirdə, yaxud da dərhal sonra belə bir açıqlama yaymadı? Qurultaydan 20 gün sonra ittihamlar irəli sürülməsi düşünülmüş qərəzdən xəbər verir.

Onu da qeyd edək ki, qurultaydan sonra Ə.Tağızadə DAK-ın Bakı ofisində S.Rüstəmxanlı ilə görüşüb, qurumla sağollaşıb. İrad və etirazlarını o zaman niyə dilə gətirmirdi? Əgər DAK-ın fəaliyyəti qane etmirdisə, niyə 20 gün öncəyədək təşkilatın rəhbərliyində qalmışdı? İllər ərzində etirazını nə üçün bildirməyib və susub?

Dəfələrlə S.Rüstəmxanlı Güney problemini beynəlxalq qurumlarda, Milli Məclisdə və əli çatan digər kürsülərdə səsləndirib. İddia edildiyinə görə, guya Sabir Rüstəmxanlı DAK-ın fəaliyyətinin İrana qarşı olmadığını deyib. Halbuki, çıxış mətni fərqlidir.

Güney Azərbaycan DAK üçün prioritet məsələlərdən biridir. Dəfələrlə S.Rüstəmxanlı Güney problemini beynəlxalq qurumlarda, Milli Məclisdə və əli çatan digər kürsülərdə səsləndirib. İddia edildiyinə görə, guya Sabir Rüstəmxanlı DAK-ın fəaliyyətinin İrana qarşı olmadığını deyib. Halbuki, çıxış mətni fərqlidir. Həmsədr mətbuat konfransında qeyd edib ki, nizamnaməyə görə, DAK ancaq İranla mübarizə təşkilatı deyil. Yəni Güneylə yanaşı, başqa istiqamətlərdə də fəaliyyəti var. Unutmaq olmaz ki, DAK diaspor təşkilatıdır və tək güneylilərin deyil, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı təmsil edir.

Konqres İrandakı fars şovinist rejiminin 35 milyondan çox soydaşımıza qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, orada insan haqlarının pozulması, qurumaqda olan Urmiya gölü ilə bağlı dəfələrdə bəyanat yaymışdır. DAK-ın elə bir tədbiri olmayıb ki, orada Güneylə bağlı çıxışlar olmasın. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə “dəyirmi masa”lar, simpoziumlar keçirilib. Hətta bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana nota göndərdi. Məsələ ilə bağlı DAK-ın 2013-cü il avqustun 22-də keçirdiyi mətbuat konfransında elə Ə.Tağızadə özü bu barədə mətbuata açıqlama verib. Fəaliyyəti olmayan bir təşkilata görə nota verilərmi?

. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə “dəyirmi masa”lar, simpoziumlar keçirilib. Hətta bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana nota göndərdi.

Bundan əlavə isə son bir ildə DAK çərçivəsində Strateji Araşdırma Mərkəzi (SAM) fəaliyyət göstərir . Güney Azərbaycanda vəziyyətlə bağlı aylıq hesabat hazırlanır və digər çalışmalar edilir ki, bu işlərin yükümlüləri də Quzeylə bərabər həm də Güneyli olan aydınlarımızdır.

DAK olaraq Ə.Tağızadənin ittihamlarını əsassız sayır, onun bir zamanlar müqəddəs adlandırdığı təşkilata qarşı böhtandan çəkinməyə dəvət edirik. Uzun illər birgə fəaliyyət göstərdiyi şəxslər və təşkilat haqqında yalan informasiyalar yaymağın heç kimə faydası və xeyri yoxdur. Bu cür xoşagəlməz addımlar ən azı uzunillik əməkdaşlığa yaraşmaz.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG