Accessibility links

Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft şirkətlərini cərimələyib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft şirkətlərini cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft şirkətlərini cərimələyib

Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılıb, qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində keçirdiyi monitorinq zamanı müəyyən edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunub. Bununla bağlı “BP” şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46 583 manat məbləğində iddia qaldırılıb. 2002-2009-cu illər üzrə isə qaldırılan iddialarla bağlı təbiətə dəymiş ziyanın ödənilməsi üçün şirkətlə müzakirələr aparılır.
Eyni ilə də qanun və normaları pozduğuna görə, “Bahar Enerji” Əməliyyat Şirkətinə 10 000, “Azneft” İstehsalat Birliyinə 35 730, “Neftçala Operating Company LTD” şirkətinə 7300, “Balaxanıneft” NQÇİ-yə 5324, “H.Z.Tağıyev” adına NQÇİ-yə 6392, “Qaraçuxur İriləşdirilmiş Neft Mədəni”nə 4232, “Bibiheybət” NQÇİ-yə 3267, “Ə.Əmirov” adına NQÇİ-yə 5429, “Suraxanı Oil Operation Company S.A.” şirkətinə 10057, “Siyəzənneft” NQÇİ-yə 1008, “Şirvan Operating Company Limited” şirkətinə 12000, “Binəqədi Oil Operation Company S.A.” şirkətinə 9250, “Abşeron Operating Company Limited” şirkətinə 1500, “AzGerneft” MMC-yə 6250, “Qarasu” Əməliyyat Şirkətinə 7500 manat məbləğində ödəmə tətbiq edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

XS
SM
MD
LG