Accessibility links

Əkrəm Əylislidən DNK analizi götürülüb


Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylisli

Aprelin 8-də yazıçı Əkrəm Əylisli istintaqda ifadə verib.

Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, Ə.Əylisi ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub.

“Bu gün Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinin rəisi Vüqar Sərdarovun çağırışına əsasən Əkrəm Əylisli ilə istintaqda olduq. Əkrəm Əylislinin əl barmaq izlərini götürdülər, şəklini çəkdilər və ağız boşluğunun hər iki tərəf dərinliyindən DNK analizi üçün nümunə götürdülər. İstintaq hərəkətləri 2 saata yaxın çəkdi”, vəkil qeyd edib.

Əkrəm Əylislinin barəsində istintaq orqanı başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçib. İstintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz. Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli bu il martın 30-da Bakı Hava limmanında ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib. Yazıçı betynəlxalq konfransda çıxışetmək üçün gedərkən saxlanıb.

XS
SM
MD
LG