Accessibility links

Əkrəm Əylisli: Yazıb ki, “köhnə dostum, təzə düşmənim”... [Video]


“Parlamentdə könlüm açılmadı”, “Yeni dövlətin yeni ideologiyasını yeni insanlar yarada bilər”, “Kimə lazımdır, tutuquşu kimi səsnən ötənlər”, deyə 75 yaşlı yazıçı bildirib

Tanınmış yazıçı Əkrəm Əylislinin dekabrın 6-da 75 yaşı tamama olub. O Amerikanın Səsi radiosuna müsahibəsində hökumətin ziyalılara qarşı ayrıseçkilik siyasətini kəskin tənqid edib.

Sual: Dekabrın 6-da 75 yaşınız tamam oldu. Təbrik edirik.

Cavab: Təşəkkür edirəm.

Sual: 75 yaşınızda Sizi kimlər təbrik etdi? Köhnə dostlarınız, hökumət... kimnən təbrik alıbsınız?

Cavab: Əsasən köhnə və yeni dostlar məni təbrik edib. Ziyalı Forumundakılar mənim yeni dostlarımdır. Bir də lap köhnə dostlar, məsələn kənddə olan dostlarım təbrik edib.

Sual: Hökumət, Yazıçılar İttifaqı Sizi təbrik edibmi?

Cavab: Gözləmirdim. Bunun üçün gərək ad günü qabağı bir kitab çap etdirəsən ki, sən buna layiqsən. Yəni bir kitab çıxarıb xoş söz deməlisən, iqtidarı tərifləməlisən və ya hansısa bir əməlin ilə onların xoşuna gəlməlisən. Sovet vaxtı da belə idi. Yəni hakimiyyətin xoşuna gəlmirsənsə, nə isə umsan düz etmirsən.

Sual: Köhnə dostunuz Anar (Yazıçılar İttifaqının sədri) Sizi təbrik etdimi? Siz 65 yaşınızda hökumətdən “İstiqlal” və “Şöhrət” ordenləri almışdınız. Hökumət Sizi niyə təbrik etmədi?

Cavab: Bir var ki, alıbsan, bir də var ordeni veriblər. İnanıram ki, Sizin auditoriya məni səmimi hesab edər. Söhbət bundadır ki, mən ömrümdə heç vaxt, heç nə istəməmişəm. Nə veriblərsə, veriblər. Təltif olunanda sağ ol demişəm.

Bu gün dedilər ki, Anarın “Kaspi” qəzetində mənə təbrik məktubu çıxıb. O məktubu hələ oxumamışam. Anar köhnə bir məktubunu təzədən çap etdirib.

Sual: Nə yazıb?
Azərbaycanda sərbəst düşünən ziyalının olması bunlara lazım deyil. Nə üçün lazım deyil? Kimə lazımdır o tutuquşu kimi səsnən ötənlər. Nə üçün bunlara lazımdır. Onu da dərk edə bilmirəm. İnan, səmimi deyirəm, mən başa düşə bilmirəm ki, 21-ci əsrin 12-ci ilində hakimiyyəti, onu-bunu, bütləri belə qeyri-səmimi tərif bunların nəyinə lazımdır? Mən bir dəfə lap birinci şəxsin özünə demişdim, bu xalqda əks reaksiya doğurur, məsələn bu heykəllərin çox olması filan-filan...

Cavab: Orada bir şeydən xoşum gəlmədi. Yazıb ki, “köhnə dostum, təzə düşmənim”. Düzü bunu 10-15 il qabaq yazıb. Amma, bu günki gündə “düşmənim” sözünü təkrar etməsində mənə elə gəlir ki, bir məqsədi də var. Yəni deyir ki, biz dost deyilik. İndiki zamanda onsuz da ziyalılarla dost deyillər, həm ziyalılar arasında, həm də ziyalılarla hakimiyyət arasında düşmənçilik yaratmaq üçün çox böyük səy göstərirlər. Belə vaxtda gərək onu deməyəydi.

Sual: Milli Məclisin deputatı olubsunuz. Sonra namizədliyinizi irəli sürmədiniz. Səbəbi nə idi?

Cavab: Seçkilərə hələ iki il qalmış mən bəyan etdim ki, ikinci dəfə namizədliyimi irəli sürməyəcəm. Bu bəyanatı parlamentin divarları arasında olarkən verdim. Nəyə görə?

Açığını deyim ki, deputat olanadək parlamenti bir cür təsəvvür edirdim, deputat olandan sonra başqa cür təsəvvür etdim. Mənim orada, parlamentdə könlüm açılmadı.

Sual: Niyə, səbəbi nə idi?

Cavab: Könlüm açılmadı. Ona görə ki mühiti gördüm. Gördüm mühitdə hakimiyyətə yarınmaq var, parlament sərbəst deyil. Bir neçəsi var idi, Müsavat Partiyasından və başqaları. Hərdən bir durub tənqidi fikirlər deyirdilər. Amma, onlara qarşı da 15 nəfər qoymuşdular. Ağızlarını açan kimi 15 nəfər hücuma keçirdi.

Sual: Azərbaycan hökumətinin ziyalılara münasibətini necə qiymətləndirərdiniz?

Cavab: Hər halda yaxşı qiymətləndirə bilmərəm. Çünki, bunlar hər kəsə, o cümlədən ziyalılara siyasi sədaqət ummaqla baxırlar. Yəni, bunların rejiminə sənin sədaqətin nə dərəcədədir. Nə qədər acı olsa da deyim ki, siyasi sədaqət özlüyündə saxta şeydir. Çünki siyasi sədaqət axıradək getmir. Ancaq bir qrup şəxs siyasi sədaqət nümayiş etdirir, lazım olanı alır və hakimiyyətdə bir azca dəyişiklik olan kimi hamısı qaçır, ya gizlənir, ya da o biri tərəfə keçir. Bu cür mühit yaranıb. Səmimiyyət olmasa heç nə alınmaz.

Sual: Siz prezident Heydər Əliyevin dövründə dövlət mükafatları alıbsınız. Prezident İlham Əliyevin dövründə necə? Sizə qarşı hökumətin münasibəti necədir?

Cavab: Mən onları qarşı-qarşıya qoymaq istəmirəm. Heydər Əliyev, hamı tanıyır onu, o ziyalılara qarşı çox həssas idi. Bilirdi ki, ona bir ziyalının sözü yüz nəfər bir yerə yığılıb “ura” deyənin sözündən daha çox lazımdır. Bu prinsipi həmişə qoruyurdu.

O çox təcrübəli siyasətçi, çevik düşünə bilən insan idi. Başqa tərəfləri öz yerində, siyasi metodlarına qarışmaq istəmirəm. Amma, 1998-1999-ciu ilədək bizim hər birimizdə Azərbaycanda demokratiyaya ümid var idi. Biz elə bilirdik ki, ideoloji zorakılıq olmayacaq, ideoloji revanşizmi olmayacaq. Sadəcə olaraq hər kəs öz fikrini deyəcək. Mən inandırıram ki, hətta 2000-ci illərin əvvəllərində insanların sifətində demokratiyaya ümid işığı var idi. İndi bu işıq get-gedə daha da azalır.

Sual: Azalır, yoxsa...

Cavab: İşıq gedir də... Ümid azaldıqca, sifətinin işığı da azalır.

Sual: Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Sizin də üzvü olduğunuz Ziyalılar Forumunu kəskin tənqid edib. Münasibətiniz necədir?

Cavab: Münasibətimi mətbuatda bildirmişəm. İndi də münasibətim budur ki, yeni dövlətin yeni ideologiyasını yeni insanlar yarada bilər. O dövlətin başlıca ideoloqlarından biridir. Ona elə gəlir ki, quran ayəsi kimidir. Sovetdən qalma belə bəsit ideologiyaya hansı gənc inana bilər. Hansı gənc inana bilər ki, Ramiz Mehdiyev deyən həqiqətdir, Rafiq Əliyev deyən həqiqət deyil. Buna inandırmaq mümkün deyil. Bu bəlkə də Azərbaycanımızın xoşbəxtliyidir.

Tutaq ki, bunlar hesab edir ki, onları sevənlər şair, yazıçıdır, başaqları yazıçı-şair deyil. Amma, xalqın sevdiyi yazıçı-şairlər var. Xalq nəzərində qalanları sevir.

Sual: Hazırki iqtidarın ideoloji baxışlarını, siyasətini necə qiymətləndirərdiniz? Ölkənin ziyalıları hakimiyyət tərəfindən necə qiymətləndirilir?

Cavab: Mənə elə gəlir ki, bunlar istəmir Azərbaycanda ziyalı olsun. Bu çox acınacaqlı fikirdir, kəskin sözdür. Amma, mən bunu belə hiss edirəm. Azərbaycanda sərbəst düşünən ziyalının olması bunlara lazım deyil. Nə üçün lazım deyil?

Kimə lazımdır o tutuquşu kimi səsnən ötənlər. Nə üçün bunlara lazımdır. Onu da dərk edə bilmirəm. İnan, səmimi deyirəm, mən başa düşə bilmirəm ki, 21-ci əsrin 12-ci ilində hakimiyyəti, onu-bunu, bütləri belə qeyri-səmimi tərif bunların nəyinə lazımdır? Mən bir dəfə lap birinci şəxsin özünə demişdim, bu xalqda əks reaksiya doğurur, məsələn bu heykəllərin çox olması filan-filan...

O mənə dedi ki, bu mənə də lazım deyil. Demək bunlar belə hesab edir ki, bu xalqa lazımdır. Vallah inanmıram xalqa lazımdır.

Sual: Bəs niyə edirlər?

Cavab: Bəlkə elə bilirlər hakimiyyəti əllərində möhkəm saxlamaq üçün bu bir vasitədir. Amma, bu vasitə elə də dərindən düşünülmüş və çox davamlı vasitə deyil. Çünki bu vasitə olub və sınaqlardan çıxa bilməyib. 70 il əvvəl dünyanın yarısını zəbt edib, boşqabın içərisində Rusiya dövlətinə verən Stalin hanı? Və ya Lenin hanı? Bəşəriyyətin beynini demək olar ki, məşğul etmişdi. Bu metodlar uzunömürlü olmur.
XS
SM
MD
LG