Accessibility links

Qurum hesab edir ki, hakimiyyət Əylislinin ünvanına hədələri dərhal araşdırmalı, fikir azadlığına hörmətlə yanaşmalıdır

Azərbaycan hökuməti yazıçı Əkrəm Əylisliyə qarşı təqib və qorxu kampaniyasına dərhal son qoymalıdır. Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

Xarici hökumətlər və Azərbaycanın üzv olduğu hökumətlərarası təşkilatlar bu kampaniyanın əleyhinə çıxmalı və hakimiyyəti Əylislinin ünvanına hədələri dərhal araşdırmalı, fikir azadlığına hörmətlə yanaşmalıdır.

“Azərbaycan hakimiyyəti Əkrəm Əylislini müdafiə etməlidir”, - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyib. “Bunun əvəzinə onu qorxutmaq üçün səyləri artırırlar”, - o qeyd edib.

Fevralın 11-də hökumətyönümlü Müasir Müsavat Partiyasının lideri Hafiz Hacıyev açıq şəkildə bəyan edib ki, Ə.Əylislinin qulağını kəsən adama 10 min manat verəcək.

“Azərbaycan hakimiyyəti bunu dərhal araşdırmalı, Əylisliyə hədə-qorxu gələnləri məsuliyyətə cəlb etməlidir, onun şəxsi təhlükəsizliyini təmin etməlidir”, - Uilyamson vurğulayıb.

Bu fonda Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov bildirib ki, Azərbaycan xalqı, ictimaiyyət Əylisliyə nifrətini bildirməlidir.

Bu təqiblərin nəticəsində Əylislinin həyat yoldaşı və oğlu işdən çıxarılıb.
“Oğlumun siyasətlə əlaqəsi olmayıb. Əslində o, hər zaman mənə tövsiyə edib ki, siyasət barədə yazmayım, mənim siyasi baxışlarımla razılaşmayıb”, - Əylisli bildirib.

“Azərbaycan hökuməti ifadə azadlığının təminatı ilə bağlı öz beynəlxalq öhdəliklərinə məhəl qoymur”, - Uilyamson qeyd edib.

“Bunun azərbaycanlı məmurların ölkədəki insan hüquqlarının durumunu bəyan etmək üçün Strasburqda toplaşmasından sonra baş verməsi şoka salır”, - Uilyamson bildirib.

Show comments

XS
SM
MD
LG