Accessibility links

Rüstəm İbrahimbəyov: "Daş yuxular”ın müəllifinin cəzalandırılması haqqında fərman imzalayan prezident konstitusiyanı pozub


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

“Acı həqiqət bir daha təsdiqini tapdı: ölkəmizdə konstitusiya ilə hətta onun zamini belə hesablaşmır”

Yazıçı Rüstəm İbrahimbəyov www.contact.az saytına məqalə yazaraq həmkarı Əkrəm Əylisliyə dəstək verib.

O yazır: “Əkrəm Əylisliyə qarşı işə salınmış təbliğat maşını getdikcə güclənərək Azərbaycanı dünyanın ən kobud diktaturaları sıralarına qoyur. O, azərbaycanlıların milli maraqlarını təhqir etməkdə ittiham olunur. Amma “Daş yuxular” romanı ətrafında ictimai diqqətin real, illərlə həll olunmayan problemlərdən yayındırılması üçün düşünülmüş isteriya Azərbaycana daha çox ziyan vurur.

Mən sənin fikrinlə razı deyiləm, amma onu ifadə edə bilməyin üçün canımdan keçərəm” qənaəti ilə razılaşdığımı nəzərə alsaq, yazıçı və Azərbaycan hakimiyyəti arasındakı qarşıdurmada Əylislinin tərəfindəyəm. Yazıçını tənqid etmək olar, amma Azərbaycan prezidentinin fərmanı ilə dəstəklənən ictimai məhvə məruz qoymaq olmaz.

“Daş yuxular”ın müəllifinin cəzalandırılması haqqında fərman imzalayan prezident qüvvədə olan konstitusiyanı kobud şəkildə pozub. Konstitusiyanın 12-ci maddəsində vətəndaşların öz fikirlərini ifadə etmək azadlığı müdafiə olunur. Prezident həmçinin vəzifəyə başlarkən içdiyi andı da pozub. Acı həqiqət bir daha təsdiqini tapdı: ölkəmizdə konstitusiya ilə hətta onun zamini belə hesablaşmır”.
XS
SM
MD
LG