Accessibility links

Ekspert kommunal xidmətlərə görə borcların silinməsini düzgün hesab etmir


Ekspert kommunal xidmətlərə görə borcların silinməsini düzgün hesab etmir

Ekspert kommunal xidmətlərə görə borcların silinməsini düzgün hesab etmir

Kommunal sektorda köklü islahatlar aparmaq lazımdır. Ekspert hesab edir ki, qiymətlər əhalinin gəlirlərinə uyğun olmalıdır.

Güzəran Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan hökumətinin sudan istifadəyə görə əhalinin borclarını silməsini düzgün hesab etmir. Onun fikrincə, kommunal xidmətlər sahəsində köklü islahatlar aparılmalıdır. “Bir sıra xidmətlər özəl şirkətlərə istifadəyə verilməli, bəzi müəssisələr isə özəlləşdirilməlidir”.

Ekspert hesab edir ki, əhalinin su, qaz və digər xidmətlərə görə borclarını silməklə islahat aparmaq olmaz. “Əgər hökumət əhalinin qaz, su və digər xidmətlərə olan borcunu silirsə, hansı səbəbdən elektrik enerjisinin, qazın və suyun qiymətləri bir neçə dəfə qaldırılır. Belə görünür ki, bir neçə aya əhalinin yenidən borcları yaranacaq. Ona görə ki, xidmətlərin qiymətləri əhalinin gəlirləri ilə ekvivalent deyil. Ölkədə minimum əmək haqqı 85 manatdır. Orta statistik ailə isə hər ay kommunal xərclərə görə, 60-70 manat pul ödəməlidir. İnsanlar xidmətlərin haqqını haradan əldə edib ödəməlidir”, - deyə o sual edib.

Cənab İbrahimli həmçinin xidmətlərə görə borcların silinməsini yeni korrupsiya mənbəyi kimi dəyərləndirir. “Ən böyük borclar təbii ki, böyük müəssisələrindir, villalarda yaşayan əhali qrupuna aiddir”, - deyə o bildirib.

XS
SM
MD
LG