Accessibility links

Ekspert sorğusu: 2012-də Qlobal iqtisadi dirçəliş tempi yavaşıyacaq


Ekspert sorğusu: 2012-də Qlobal iqtisadi dirçəliş tempi yavaşıyacaq
Ekspert sorğusu: 2012-də Qlobal iqtisadi dirçəliş tempi yavaşıyacaq

Dünya iqtisadiyyatı 2012-ci ildə dirçəliş tempini itirəcək, amma düzgün istiqamətdə hərəkətini davam etdirəcək. Bu rəy Röyterz xəbər agentliyinin 600 iqtisadçı arasında keçirdiyi sorğudan hasil olub. Ekspertlərin fikrincə Avropada davam edən böhran qlobal iqtisadi artıma əngəl törədəcək.

Müəyyən qədər aşağı templə də olsa Asiya ölkələri dünya iqtisadiyyatının inkişafında başlıca yer alacaq. Birləşmiş Ştatlar da bu artıma öz töhfəsini verəcək və asanlıqla avropalı tərəfdaşlarını bu sahədə üstələyəcək. 2012-ci ildə Braziliyanın sürətlə inkişaf edəcəyi və nisbətən ləng inkişaf göstəricilərinə malik Meksika və Argentinanı kölgədə qoyacağı gözlənilir.

Röyterzin sorğusu 20 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edib. Qlobal iqtisadi artım tempinin 2011-ci ildə 3.7 faizdən 3.3 faizə düşəcəyi gözlənilir.

Bu rəqəmlər Dünya Bankının açıqladığı proqnozdan daha nikbin təsir bağışlayır. Belə ki, sonuncunun ehtimallarına görə bu il qlobal ümumdaxili məhsul yalnız 2.5 faiz artacaq.

8.4 faiz artımla Çin yenidən genişlənməkdə olan iqtisadiyyatlar siyahısna rəhbərlik edəcək. 7 faiz artımla Hindistanın iqtisadiyyatı isə çox elə geridə qalmayacaq, hərçənd ki, bu, ötən iki illə müqayisədə nisbətən aşağı göstərici sayılır.

XS
SM
MD
LG