Accessibility links

Ekspertlər Orta Asiyadakı durumu şərh edir


Ekspertlər Orta Asiyadakı durumu şərh edir

Ekspertlər Orta Asiyadakı durumu şərh edir

Forumda çıxış edən Qərbli ekspertlər son aylarda regionda baş verən hadisələri şərh etdilər və regionda müşahidə olan siyasi cərəyanlara diqqət çəkdilər. Başlıca müzakirə mövzuları Qırğızıstanda siyasi sabitlik, Tacikistanda meydana çıxan təhlükələr və Orta Asiya enerji layihələri oldu.

Sentyabrın 24-də Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunda Orta Asiyada siyasi duruma dair forum keçirildi. Forumda çıxış edən Qərbli ekspertlər son aylarda regionda baş verən hadisələri şərh etdilər və regionda müşahidə olan siyasi cərəyanlara diqqət çəkdilər. Başlıca müzakirə mövzuları Qırğızıstanda siyasi sabitlik, Tacikistanda meydana çıxan təhlükələr və Orta Asiya enerji layihələri oldu.

İlk öncə çıxış edən edən Avropa Birliyinin Orta Asiya üzrə xüsusi elçisi Pier Morel Avropada bu regiona artan maraqdan danışdı. Onun sözlərinə görə 1990-cı illərdə Orta Asiya bir çox avropalılar üçün ucqar bir məkan kimi görünürdü, lakin indi Avropada Təhılükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir quruma müvəqqəti sədrlik Qazaxlıtanın əlindədir və ATƏT-in növbəti sammiti Astana şəhərində keçiriləcək. Səfir Morel Orta Asiyanın uzun müddət aparıcı qüdrətlər arasında “Böüyk Oyun “obyekti olduğunu dilə gətirərək indiki zamanda stereotipik baxışları kənara qoymağın vacibliyinidən danışdı. O, bildirdi ki, proqressiv, dünyəviçi və savadlı əhalisi olan regionda bütün xarici tərəflərə, o cümlədən avroplalılara və amerikalılara məhsuldar əməkdaşlıq üçün imkanlar mövcuddur.

Heritage Fondunun aparıcı təhlilçisi Ariel Kohen Orta Asiyada üç dövlətin nisbətən irəli getdiyini, Qırğızıstan və Tacikistanın isə ciddi problemlərlə üzləşdiyini söylədi. Onun sözlərinə görə əgər vəziyyət dəyişməzsə, şans var ki, adları sadalananlar uğursuz dövlətlərə və bununla da regionda sabitsizlik yuvalarına çevriləcəklər. Cənab Kohenin fikrincə Əfqanıstanda cərəyan edən hadisələr Orta Asiyanın gələcəyində mühüm rol oynayacaq. Əgər NATO qüvvələri tezliklə Əfqanıstanı tərk etsələr və Taliban hakimiyyəti ələ keçirsə, onda İslam radikalizmindən qaynaqlanan təhlükə artacaq. Nə Orta Asiya dövlətləri nə də imkanları gərilmiş Rusiya cihadçıların yarada biləcəyi təhlükələrin qarşısını almağa hazır deyillər. Ekspertin rəyinə görə Rusiyanın hərbi qüvvələri əsaslı modernizasiyaya ehtiyac duyur və başları Şimali Qafqazda vəziyyəti sabitləşdirməyə qarışıb. Hakimiyyət vakuumu sevmir. Bu, isə öz növbəsində Taliban və onların müttəfiqləri üçün əlverişli şərait yaradır.

Uppsala Universitetinin mühazirəçisi Con Enqval bu günlərdə Qırğızıstandan qayıdıb. Həmin ölkədə uzun müddət keçirən cənab Enqval hazırkı siyasi durumla bağlı öz təəssüratlarını bölüşdü. O, ümid etdiyini bildirdi ki, Qırğızıstanda parlament respublikasının təsis olunması bu və başqa sovet respublikalarının avtoritarizmlə üzləşdiyi problemin qarşısını almağa yardım edəcək. Qırğızlar iki dəfə diktatora çevrilmiş prezident hakimiyyəti ilə üz-üzə gəliblər və onlar dərk edir ki, ölkədə hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını almaq üçün konstitutsion mexanizm yaradılmalıdır. Bunun ən yaxşı vasitəsi isə hakimiyyətin parlamentar koalisiyalar əsasında formalaşdırılmasıdır. Eyni zamanda ölkədə iqtisadiyyatla və hökumətin qüvvə inhisarçısı kimi rolu ilə bağlı ciddi problemlərin mövcudluğundan danışan Enqval gözləntilərin endirilməsini tövsiyə etdi.

Atlantik Şuranın Avrasiya Mərkəzində çalışan Aleksandros Pitersen çıxışını Orta Asiyadakı enerji layihələrinə həsr etdi. Onun sözlərinə görə son illərdə ABŞ-ın Orta Asiya dövlətləri ilə münasibətlərində daha çox təhlükəsizliyə birtərəfli qayadada diqqət yetirilib. Əks-terrorizm səylərinə və radikal İslama qarşı mübarizəyə aludə olmuş Qərb dövlətləri enerji layihələrinə nəzarətin Çinə keçməsinə göz yumub. Bir vaxtlara haqqında tez-tez danışılan Transxəzər boru kəməri layihəsi artıq bir çoxları tərəfindən unudulub. Rəsmi Pekinin israrlı lobbiçiliyinin təsiri olaraq Türkmənistan və Özbəkistan bu kəmərlərin Asiya istiqamətində çəkilməsinə meyl göstəririrlər. Aleksandros Pitersen ABŞ və Avropa Birlyini Orta Asiyanın enerji baxımından sərfəli region olduğunu nəzərdə tutaraq bu regionla iqtisadi təmasların sıxlaşdırılmasına diqqət yetirməyə çağırdı.

XS
SM
MD
LG