Accessibility links

Türkiyə prezidenti Suriyanın müxalif döyüşçüləri ilə türk qüvvələrinin İŞİD-in istehkamı olan mərkəzi Əl-Bab şəhərinə daxil olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan Bəhreynə yola düşməzdən əvvəl İslam Dövləti yaraqlılarının həftələrdir şəhəri dağıtdığını deyib.

Suriyanın müxalif İnsan haqlarının müşahidəsi qrupunun bildirdiyinə görə, Suriyanın şimal, qərb və cənub bölgələrində döyüşlər aparılıb. Qrup türk qüvvələrinin şəhərdə olduğuna dair məlumat verməyib.

Türkiyənin dəstəklədiyi döyüşçülər hökumət qüvvələrinin şəhərə daxil olmasından əvvəl Əl-Babın çox hissəsini ələ keçirib.

Şəhər Türkiyə sərhədlərindən 40 kim-lik məsafədə yerləşir.

XS
SM
MD
LG