Accessibility links

Dostlar 50 ildən sonra "El-Gusto"-da bir araya gəldi VİDEO


Dostlar 50 ildən sonra "El-Gusto"-da bir araya gəldi
please wait

No media source currently available

0:00 0:03:23 0:00
Dostlar 50 ildən sonra "El-Gusto"-da bir araya gəldi
please wait

No media source currently available

0:00 0:03:23 0:00


Hər il Vaşinqton şəhərində keçirilən Ərəb Görüntüləri Film Festivalında ərəb dünyasından bəhs edən yeni filmlər nümayiş etdirilir. Bu il festivalda diqqət mərkəzində 50 ildən sonra bir araya gələn müsəlman və yəhudi musiqiçiləri haqda El-Gusto sənədli filmi oldu.

El-Gusto filmində 1940-cı illərdə Əlcəzairdə Çəabi musiqisi ilə şöhrət qazanmış bir qrupdan söhbət açılır. On illər boyu müsəlman və yəhudi dostlar Əlcəzairin Kasbah məhəllələrində yan-yana yaşayaraq, bir yerdə işləyiblər.

Kinorejissor Səfinaz Bosbiya deyir ki, burada müsəlman, xristian və ya yəhudi olmanın heç bir əhəmiyyəti yox idi. Vaxtilə memar. sonradan rejissorluq sənətinə yiyələnən Səfinaz Busbiya Çəabi musiqisinin xalq musiqisi olduğunu və sinfi, etnik və dinə üstün gəldiyini deyir.

Çəhabi bir az caza bənzəyir. Bu musiqi janrında müxtəlif bölgələrin, Andaluziya, İspaniyanın Flamenqo, Afrika və əsasən də şərqin ritmləri birləşib.

Əslən əlcəzairli, lakin Avropada doğulub, boya-başa çatan kinorejissor əvvəllər heç vaxt Çəhabi musiqisi haqda eşitməmişdi.

1950-ci illərin ortalarında, rejissorun anadan olduğu illərdə Əlcəzairdə müstəqillik uğrunda müharibə başlayanda Çəhabi musiqişiləri dağılmalı oldu. Qrupun yəhudi üzvləri Fransaya qaçdı, qalanları isə Əlcəzair boyu dağıldı. Onlar bir-birlərini demək olar ki. 50 il görmədilər.

2003-cü ildə Busbiya Əlcəzairə səfər edən zaman qrupun üzvlərindən biri ilə tanış olur və ondan qrup haqda, ayrı düşən dostları haqda maraqlı əhvalatlar eşidir. “Onun danışdığı əhvalatlar çox təsiredici idi və mən ona dostlarını tapmaq üçün yardım etmək istədim. Mən onları tapmaq və bir-birlərinə qovuşdurmaq üçün yola düşdüm. Lakin bilməzdim ki, bu iki il yarım vaxt aparacaq.”

Bundan sonra Səfinza Busbia onları bir yerə toplayaraq, yenidən bir qrup təşkil etdi. İndi bu qrup Fransanın Marsel şəhərindədir və adı El-Qustodur. Elə bundan sonra Busbiyanın ağlına belə bir sənədli film çəkmək gəldi. “Mən bu insanların bir-birlərinə bağlılığını gördüm. Mən bu yaşlı insanların, ən kişiyinin 72, ən böyüyünün isə 96-97 yaşı olan bu insanların həyat eşqinə heyran qaldım.”

Bundan sonra El-Gusto Vaşinatonda keçirilən Ərəb Film Festivalına göndərildi.
El-Gusto tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılandı. Hal-hazırda isə El-Gusto qrupu Avropada konsert turuna çıxıb. Birləmiş Şatalarda isə artıq qrupun 3-cü albomu işıq üzü gördü. El-Gustonun yaxın gələcəkdə Amerikaya da səfəri gözlənilir.
XS
SM
MD
LG