Accessibility links

NASA bildirir ki, El Nino fenomeni kimi tanınan hava şəraitinin yaxın günlərdə Birləşmiş Ştatlarda görünəcəyi gözlənilir.

ABŞ fəza agentliyi xəbərdarlıq edir ki, builki El Nino 1997-1998-ci illərdəki qədər güclü ola bilər. Həmin vaxt ölkə boyu daşqınlar və qasırğalar qeydə alınmışdı.

Proqnozlar yeni peykdən əldə edilmiş görüntülərə əsasən verilib.

Təbii fenomen El Ninovə hər bir neçə ildə baş verir və Cənubi Amerikanın Sakin okeanı sahillərində tropik sular normadan artıq qızdığında meydana gəlir.

ABŞ-ın El Ninonun təsirinə 2016-cı ilin ilk ayında məruz qalacağı gözlənilir.

XS
SM
MD
LG