Accessibility links

Cümə günü CBS xəbər agentliyi adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, ABŞ kəşfiyyat rəsmiləri Nyu-York, Texas və Virciniyada prezident seçkilərindən bir gün öncə Əl-Qaidə tərəfindən mümkün hücum barədə xəbərdarlıq edib.

Heç bir konkret yer qeyd olunmasa da, kəşfiyyat rəsmiləri birgə terrorla mübarizə qrupuna mümkün təhlükə barədə xəbərdarlıq edib.

“Federal Təhqiqatlar Bürosu (FBI) federal, ştat və yerli həmkarları ilə birgə işləyir, gündəlik kəşfiyyat məlumatlarını paylaşır, dəyərləndirir və ictimai asayişi pozacaq hər hansı təhlükəni müəyyən edib, qarşısını almaq üçün hüquq mühafizə orqanları və kəşfiyyat tərəfdaşları ilə yaxından əməkdaşlıq etməyə davam edəcək,” deyə FBI rəsmisi CBS-ə bildirib.

Reuters bu məlumatı dərhal təsdiq edə bilməyib, ABŞ Milli Təhlükəsizlik Nazirliyi şərh müraciətini cavablandırmayıb.

Şiddətli qarşıdurma potensialı demokrat Hillari Klinton və respublikaçı Donald Tramp arasında kompüter hakerliyi, Rusiya və digər ölkələrin internetdə siyasi dezinformasiyası və ya səsverməyə müdaxilə etməsi ilə bağlı narahatlıqlar səbəbilə onsuz da qızğın mübarizəyə kölgə salır.

Federal və ştat orqanları seçki günündən öncə seçki sisteminə qarşı potensial elektron hücumlara qarşı kiber müdafiəni gücləndirir, digərləri isə mümkün iğtişaş və zorakılığa qarşı qorunmaq üçün əlavə tədbirlər görür.

Ohayo, Pennsilvaniya, Arizona, Viskonsin və Floridadakı yerli rəsmilər Reuters-ə bildirib ki, onlar seçki ilə əlaqəli olaraq hüquq-mühafizə personalı və ya resurslarını 2012 seçki səviyyəsindən yuxarı qaldırmayacaq.

XS
SM
MD
LG