Accessibility links

Əl-Qaidə yaraqlıları Yəmənin cənubunda Abyan vilayətində maşın karvanını müşayiət edən əsgərlərə pusqu qurub, Yəmən ordusunun azı 15 əsgərini qətə yetirib.

Yerli xəbərlərdə Əl-Qaidə yaraqlılarının Əhvar şəhərində mülki avtomobillərdə olan əsgərləri saxladığı haqda məlumat verilib. Yaraqlılar əsgərlərin maşınlardan çıxmasını tələb edib və onları atəşə tutub.

Yerli rəsmilərin Reuters agentliyinə bildiriblər ki, hadisə nəticəsində yaralanmış 17 əsgərin sağ qaldığına inanılır, lakin onların harada olduğu haqda məlumat yoxdur.

Bu həftə Human Rights Watch insan hüquqları təşkilatın açıqladığı hesabatda Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Yəməndə bazara atdığı bombaların Birləşmiş Ştatlarda istehsal edildiyi bildirilib. Martın 15-də keçirilmiş hava hücumu nəticəsində təxminən 100 adamın həyatını itirdiyi deyilir.

Human Rights Watch ölənlər arasında 25 uşağın olduğunu bildirib. Hava hücumu nəticəsində 47 adam yaralnıb. Bu, Yəməndə bir ildən sürən müharibə zamanı ən çox tələfatla nəticələnən hadisə hesab edilir.

Hesabatın açıqlanması ABŞ Dövlət katibi Con Kerrinin Bəhreynə səfər etdiyi vaxta təsadüf edib. Kerri vəziyyətlə bağlı açıqlama verməkdən imtina edərək silahlardan istifadə edilməsinə dair onda etibarlı məlumatın olmadığını bildirib.

Səudiyyə Ərəbistanının əsas tələfatın Huti üsyançıları tərəfindən olduğunu bildirməsinə baxmayaraq, Human Rights Watch hücumun “müharibə qanunlarının pozulması olaraq, mülki əhali arasında qeyri-proporsional itkilərə səbəb olduğunu” deyib.

“Bu kimi hücumlar bilərəkdən və kor-koranə keçirildikdə onlar müharibə cinayətləridir”-deyə təşkilat bildirib.

Human Rights Watch eyni zamanda, ABŞ, Britaniya və Fransanın Səudiyyə Ərəbistanını silahla təchiz etməyə davam etdiyi halda qeyri-qanuni hava hücumları ilə əlaqələri olduqlarına görə məsuliyyət daşıya bilər.

Bir sıra insan haqlarını müdafiə qrupları Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanı tənqid edib. BMT bildirib ki, münaqişə zamanı mülki əhali arasında 3 200 ölüm halının 60 faizi bazarlar, klinikalar və xəstəxanalara hava hücumları nəticəsində baş veib.

İranın dəstəklədiyi Huti üsyançıları 2014-cü il sentyabr ayında Yəmən paytaxtı Sənanı ələ keçirib. BMT-nin verdiyi məlumata görə bundan sonra başlamış müharibə ölkə ərazisində ərzaq çatışmazlığı problemi ilə nəticələnərək, Yəmənin ərəb dünyasının ən yoxsul ölkəsi olaraq qalmasına gətirib çıxarıb.

XS
SM
MD
LG